TUMİB Yevlaxda gənclər arasında maarifləndirmə işi aparıb
Tarix: 13.12.2016 | Saat: 15:42:00 | E-mail | Çapa göndər



“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gəncliyini qoru gələcəyin üçün!" adlı layihəyənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir bu gün Yevlax şəhərində fəaliyyət Bəşir Səfəroğlu adına Xalq Teatrında baş tutub.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov deyib ki, layihənin məqsədi gənclər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq mövzusunda maarifləndirmə işi aparmaqdır. Ç.Bayramov əmin olduğunu bidirib ki, gənclər zərərli vərdişlərdən uzaq qalmaqla cəmiyyətin inkişafına layiqli töhfə verə bilərlər: “Hökumətin dəstəyi ilə sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində gənclər arasında ciddi iş görülür. Bir QHT olaraq, biz də bu prosesdə iştirak etmək, Azərbaycanın gələcəyi üçün sağlam nəsillərin yetişməsinə öz töhfəmizi vermək istəyirik. Sağlam nəsil isə fiziki və mənəvi cəhətdən sağlam olan gəncliyin sayəsində yarana bilər. Buna görə də sağlamlığımızın qeydinə qalmaq hər birimizin ümdə vəzifəsinə çevrilməlidir”.
Ç.Bayramov gəncləri sağlam həyat tərzi keçirməyə, zərərli vərdişlərdən uzaq olmağa, davamlı mütaliə etməyə və öz üzərlərində işləməyə çağırıb. Natiq deyib ki, hər bir insan öz sağlamlığının qeydinə qalmalı, cəmiyyətə daha çox fayda vermək barədə düşünməlidir.
Gənclərin cəmiyyətin avanqard hissəsi olduğuna diqqət çəkən layihənin eksperti Seymur Verdizadə bldirib ki, insan iradəsi bütün neqativ meyllərə qalib gəlməyə qadirdir. S.Verdizadə deyib ki, sağlam həyat tərzi keçirmək hər bir gəncin borcudur: “Bir insan olaraq, bizim həm dövlətimizin, həm də ailə üzvlərimizin qarşısında öhdəliklərimiz var. Bu öhdəlikləri yerinə yetirmək üçün düzgün həyat tərzi keçirməli, sağlam məntiqə əsaslanan qərarlar qəbul etməliyik. Biz ancaq sağlam həyat tərzi keçirməklə bu vəzifələrin öhdəsindən gələ bilərik”.
TUMİB mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə tədbirdə iştirak edən yeniyetmə və gəncləri asudə vaxtlarını səmərəli keçirməyə çağırıb. S.Novruzzadə deyib ki, gənclər yeni dövrün tələbləri ilə ayaqlaşmaq istəyirlərsə, informasiya texnologiyalarının “dilini” öyrənməli, dünyada baş verən ictimai-siyasi prosesləri yaxından izləməlidirlər: “Gənclərin fərdi potensialının üzə çxması üçün ölkəmizdə münbit şərait var. Buna görə də gənclərimiz tez-tez fərdi təşəbbüslərlə çıxış etməli, öz ideyalarını reallaşdırmağa can atmalıdırlar. Müasir gənclik cəmiyyətin avanqard kəsimi olduğunu öz əməli ilə sübut etməlidir”.
Yevlax rayon Gənclər və İdman İdarəsinin rəisi Binyamin Musayev, TUMİB-in regional təmsilçisi Gündüz Rəsulov və başqaları çıxış edərək bildiriblər ki, QHT-lərin iştirakı ilə keçirilən müzakirələr gənclərin nitq mədəniyyətinin formalaşmasına müsbət təsir göstərməklə yanaşı, həm də onların ictimai həyatdakı rolunu artırmağa xidmət edir. Analoji tədbirlərin tez-tez keçirilməsinin vacibliyi vurğulanıb.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info