“Türkiyə-Azərbaycan münasibətlərində Heydər Əliyev siyasəti” mövzusunda konfrans keçirilib
Tarix: 13.12.2016 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


Azərbaycanın Türkiyədəki səfirliyi və Afyon Kocatepe Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar “Türkiyə-Azərbaycan münasibətlərində Heydər Əliyev siyasəti” mövzusunda konfrans keçirilib. Tədbirdə səfirliyin əməkdaşları, Afyon Kocatepe Universitetinin müəllim və tələbələri, yerli əhali və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi birdəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Sonra Ümummilli Liderin siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Konfransın açılışında çıxış edən səfir Faiq Bağırov Azərbaycanın müstəqilliyinin qorunmasında və inkişafında Heydər Əliyev dühasının yeri və rolu barədə müfəssəl məlumat verib. Diqqətə çatdırıb ki, Ulu Öndərin uzaqgörən inkişaf strategiyası Azərbaycan-Türkiyə qardaşlığını daha da möhkəmləndirib. Bu konfransın təşkili də Heydər Əliyev şəxsiyyətinə göstərilən tükənməz ehtiramın bariz nümunəsidir. Səfir diqqətə çatdırıb ki, Azərbaycanın xilaskar oğlu Heydər Əliyevin əziz xatirəsinə göstərilən hər bir ehtiram xalqımız tərəfindən böyük sevgi ilə qarşılanır.
Afyon Kocatepe Universitetinin rektoru, professor Mustafa Solakın, Afyonkarahisar şəhər bələdiyyəsinin sədri Burhanettin Çobanın və şəhər valisinin müavini Adem Uslunun çıxışlarında ulu öndərin dövlət quruculuğu, ölkəmizin beynəlxalq aləmdəki mövqelərinin möhkəmlənməsi, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı istiqamətində həyata keçirdiyi tarixi missiya yüksək qiymətləndirilib.
Sonra Orta Doğu Texniki Universitetinin professoru Oktay Tanrıseverin məruzəsi dinlənilib. O, ulu öndərin xilaskarlıq missiyasından, Azərbaycanın hərtərəfli inkişafı naminə gördüyü əvəzsiz işlərdən, müəyyən etdiyi neft strategiyasının əhəmiyyəti və nəticələrindən danışıb. Diqqətə çatdırıb ki, ulu öndərin müəyyənləşdirdiyi xarici siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə, o cümlədən energetika üzrə regionun aparıcı dövlətinə çevrilib.
Afyon Kocatepe Universitetinin dosenti Sevinç Abdullayeva isə ulu öndərin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirib.
Sonda konfrans iştirakçılarına "Heydər Əliyev" və "İlham Əliyev" kitabları paylanılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info