Donald Tramp biznesdən gedir
Tarix: 13.12.2016 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp yanvarın 20-də keçiriləcək inauqurasiyasınadək biznesdən gedəcəyini elan edib. O, bu barədə Twitter sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Tramp öz aktivlərinin idarə olunmasını oğullarına həvalə etmək fikrindədir. “Hərcənd qanun üzərimə belə bir məsuliyyət qoymasa da, bütün diqqətimi prezident səlahiyyətlərinin yerinə yetirilməsinə yönəltmək imkanı əldə etmək üçün yanvarın 20-dək biznesdən gedəcəyəm. Onu iki oğlum - Don və Erik, həmçinin menecerlər idarə edəcəklər”, - Donald Tramp belə yazıb. O, əlavə edib ki, dövlət başçısı postunda olduğu müddətdə heç bir yeni sövdələşmə bağlamayacaq.
Donald Trampın ilkin varidatı ona ikinci Dünya müharibəsi ərəfəsində Nyu-Yorkun Bruklin və Kuins rayonlarında ucuz mənzillər tikməyə başlayan atasından irsən qalıb. Oğul istiqaməti vaxtında dəyişib və dünyanın hər yerində bahalı ofis binaları, otellər, kazinolar və qolf-klublar tikməyə girişib. Onun tikinti imperiyasının flaqmanı Manhettenin mərkəzindəki Trump Tower hesab olunur. Trump Organization ailə kompaniyasının mənzil-qərargahı bu binada yerləşir.
KİV-də Donald Trampın sərvətinə dair fərqli informasiyalar yer alır. Forbes jurnalının məlumatına görə, onun varidatı 3,7 milyard dollardır. Fortuna jurnalı bu rəqəmin 3,9 milyard dollar, Bloomberq isə 3 milyard dollar olduğunu bildirir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Əfqanıstanda 5 DEAŞ terrorçusu öldürüldü
24.06.2019
“Türkiyədə yeni dönəm başlayır”
24.06.2019
Türkiyə SQ İraqın şimalında 58 terrorçunu zərərsizləşdirib
23.06.2019
Hindistanda kəskin ensefalit xəstəliyi 145 insanın həyatına son qoyub
23.06.2019
Türkiyə Prezidenti: Seçkiləri qazanan Əkrəm İmamoğlunu təbrik edirəm

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info