ADPU-da voleybol yarışının final mərhələsi keçirilib
Tarix: 13.12.2016 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə dekabr ayının 2-dən başlayaraq universitetin 8 fakültəsinin oğlan tələbələrindən ibarət 16 komandası arasında voleybol yarışına başlanılıb. Yarış 3 qrup-“A” “B” və “C” qrupları ilə dekabr ayının 13-nə qədər davam edib. Məlumat üçün bildirək ki, yarışın dekabrın 13-də keçirilən final mərhələsinə “B” qrupundan Kimya və biologiya fakültəsinin komandası, həmçinin Tarix və coğrafiya fakültəsinin komandası, “A” qrupundan isə Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin komandası çıxmışdır. Qeyd edək ki, yarışın final mərhələsini ADPU-nun rektoru, professor Cəfər Cəfərov izləyib. Maraqlı və gərgin keçən final yarışında “B” qrupundan Kimya və biologiya fakültəsinin komandası daha yaxşı oyun nümayiş etdirərək I yeri tutub. Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin komandası II yeri, Tarix və coğrafiya fakültəsinin komandası isə III yeri tutub. Yarışın qalibləri kubok və diplomlarla mükafatlandırılıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info