Sergey Markov: “Dağlıq Qarabağ problemi daim havadan asılı vəziyyətdə qalmamalıdır“
Tarix: 13.12.2016 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində (MQİMO) Azərbaycan-Rusiya münasibətlərinə dair dəyirmi masa keçirilib.
 
“Rusiyanın xarici siyasəti - 25 il” mövzusunda təşkil olunan konfrans çərçivəsində Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi tərəfindən keçirilən tədbirdə  rusiyalı siyasi və iqtisadi ekspertlər, media nümayəndələri iştirak ediblər.
 
“Dəyirmi masa”nın moderatoru, Rusiya Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov çıxışında bildirib ki, regionun lider ölkəsi olan Rusiya bu məkanda baş verən hadisələrə görə məsuliyyət daşımalıdır: "Rusiya öz yaxın qonşuları ilə münasibətlərinə ciddi şəkildə yenidən baxmalıdır.  Bu münasibətlər yenilənməlidir. Əgər Rusiya regionun lider ölkəsidirsə, o, məsuliyyət daşımalıdır. Moskva problemləri, o cümlədən Dağlıq Qarabağ problemini həll etməlidir. Bu problem daim havadan asılı vəziyyətdə qalmamalıdır”.Rusiyalı ekspert Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan və erməni xalqları arasında dialoqa şərait yaradılmasının vacibliyini də qeyd edib.
 
TASS agentliyinin diplomatik informasiya strukturları ilə əlaqələr şöbəsinin rəhbəri, beynəlxalq və Rusiya Jurnalistlər İttifaqının üzvü Səadət Qədirova öz çıxışında KİV nümunəsində ölkələrimiz arasında humanitar əməkdaşlıqdan danışıb. Onun sözlərinə görə, bu il aprel ayında Ermənistan ilə Azərbaycan arasında cəbhə xəttində baş vermiş hadisələr KİV sahəsində daha sıx əməkdaşlığın zəruri olmasını bir daha nümayiş etdirib: “Aprel hadisələri göstərdi ki, biz bu cür çağırışlara hazır deyilik, çünki Rusiya media məkanında informasiya əsasən birtərəfli şəkildə təqdim edilirdi. Həmin dövrdə kifayət qədər ciddi sayılan bəzi KİV-lər hətta birbaşa efirdə səsvermə keçirməyi və “Kim Ermənistanın, kim Azərbaycanın tərəfdarıdır?” tipli suallar verməyi özlərinə rəva görürdü. Halbuki Rusiya bu hadisələrdə kiminsə tərəfini saxlamır, münaqişənin dinc yolla həlli üçün ardıcıl səy göstərirdi”.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) elmi işçisi Nəcibə Mustafayeva strateji tərəfdaşlıq amili kimi Azərbaycan ilə Rusiya arasında humanitar əməkdaşlıq barədə danışıb. D.S.Lixaçov adına Rusiya Elmi-Tədqiqat Mədəni və Təbii İrs İnstitutunun direktor müavini Yevgeni Baxrevski isə çıxışında bildirib ki, məsələyə sivil yanaşma baxımından Azərbaycan regiondakı üç iri ölkə - İran, Rusiya və Türkiyə ilə tarazlaşdırılmış münasibətlər quran unikal ölkədir: “Azərbaycan hər üç məkanda öz mənliyini tamamilə qoruyub saxlayır. Son vaxtlar bu üstünlükdən öz xeyrinə istifadə etməyə başlayıb. Rusiya, İran və Azərbaycan liderlərinin bu ilin avqustunda Bakıda keçirilmiş görüşü buna parlaq nümunədir. Ekspertlərin çoxunun fikrincə, Türkiyənin də bu ölkələrə qoşulması və dördtərəfli format yaradılması regionun inkişafı üçün yaxşı perspektivlər açacaq”.
 
Tədbirdə müzakirə olunan mövzular hər iki ölkəni düşündürən problemləri əhatə edib. Rusiyalı ekspertlərin fikrincə, Azərbaycan və Rusiya humanitar münasibətlər səviyyəsində nümunə olacaq tədbirlər təşkil edir ki, bu layihələr ilbəil çoxalır və ənənə xarakteri alır.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info