Eksternat qaydada XI sinfi bitirmək istəyənlər üçün buraxılış imtahanının təşkili qaydası açıqlanıb
Tarix: 13.12.2016 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


Orta məktəblərdə şagirdlərin buraxılış imtahanına təkrar və eksternat qaydasında buraxılması qaydası müəyyənləşib. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda əksini tapıb.
Tam orta təhsil səviyyəsini (XI) əvvəlki dərs illərində başa vuran, lakin yekun qiymətləndirməyə (attestasiyaya) buraxılmayan və ya eksternat qaydasında cari tədris ilində yekun qiymətləndirmədə (attestasiyada) iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsinin yaratdığı xüsusi komissiya tərəfindən qərar qəbul edilən şagirdlər buraxılış imtahanı verəcəklər. Bu hallarda tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - rus dili, riyaziyyat və xarici dil fənləri üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada keçiriləcək. Xarici dil fənni tədris edilməyən ümumi təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verəcəklər. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 qapalı tipli test tapşırığı təqdim ediləcək. Şagirdlər, həmçinin təqdim edilmiş mövzulardan birini seçməklə, könüllülük əsasında inşa (esse) yazacaqlar. Tam orta təhsil səviyyəsi üzrə imtahanın müddəti 2 saat 45 dəqiqədir. Test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, inşanın (essenin) yazılmasına 30 dəqiqə vaxt ayrılacaq.
Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat və xarici dil fənlərindən verəcəklər. Xarici dil fənni tədris edilməyən ümumi təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verəcəklər. Onlara tədris dilində hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. İmtahanın müddəti 1 saat 30 dəqiqədir. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən, ali və ya orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün ali və ya orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili  fənnindən imtahan verməlidirlər. İmtahan nəticələri imtahan verildiyi gündən etibarən 5 günədək müddətdə elan ediləcək.
Ümumi orta və tam orta təhsil səviyyələrini 2016/2017-ci tədris ilindən əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyən və ya buraxılış imtahanında ən azı bir fəndən 2 qiymət alan şagirdlərin dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətlərin çıxarılması qaydası da müəyyənləşdirilib. Tam orta təhsil səviyyəsində təhsil sənədinə yazılacaq yekun qiymət Mərkəz tərəfindən aşağıdakı qaydada çıxarılır:
 
buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) və buraxılış imtahanının qiymətlərinin ədədi ortası;
buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortası.
Bu zaman buraxılış imtahanında iştirak etməyən şagirdin buraxılış imtahanının qiyməti kimi 2 qiyməti götürülür.
Tam  orta təhsil səviyyəsi üzrə eksternat qaydasında yekun qiymətləndirməyə (attestasiyaya) yalnız ümumi orta təhsil səviyyəsini başa vurmuş şəxslər buraxılacaqlar. Şagirdlərin buraxılış imtahanına təkrar və eksternat qaydasında buraxılması zamanı şagirdin yekun attestasiyası aparılarkən illik qiymət, o cümlədən illik 2 qiyməti əvəzinə xüsusi komissiyanın verdiyi qiymət götürüləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info