Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı ünvanını qoruyur
Tarix: 13.12.2016 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 105 ölkəyə məhsul ixrac olunub, 169 ölkədən idxal olunub.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2016-cı ilin yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsi 17 mlrd. 806,4 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 10 mlrd. 848,4 mln. dollar, idxalın dəyəri 6 mlrd. 958 mln. dollar təşkil edib, nəticədə 3 mlrd. 890,4 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.
 
Ticarət dövriyyəsinin 37,6%-i Avropa İttifaqı (Aİ) ölkələri, 12,1%-i MDB üzvü dövlətləri, 50,3%-i isə dünyanın digər ölkələrinin payına düşüb.

İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, təbii qaz, neft məhsulları, meyvə-tərəvəz, alüminium və ondan hazırlanan məmulatlar, plastik kütlə, qara metallar və onlardan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağlarının, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsulları, oduncaq və ondan hazırlanan məmulatların xüsusi çəkisi üstünlük təşkil edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
04.08.2020
Qusarda 14 yaşayış məntəqəsini əhatə edən yol yenidən qurulur
03.08.2020
Vətəndaşlar hansı halda rayonalara gedə bilərlər?
03.08.2020
Belarus üçün Azərbaycan nefti ilə dolu tanker avqustun 4-5-də Odessa limanına çatacaq
03.08.2020
AZAL İstanbul istiqamətində reyslərin sayını yenidən artırır
02.08.2020
Avropa İttifaqı (Aİ) iqtisadiyyatı ilin ikinci rübündə azalıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Leyla Abdullayeva: Təcavüzkar Ermənistanın danışıqlara hər hansı qeyd-şərt qoymaq və danışıqların formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir
2 “Ən böyük istəyim xaricdə yaşayan azərbaycanlı həkimlərin birgə cəmiyyətini yaratmaqdır“
3 Azərbaycan filmi “Qızıl şir”ə iddialıdır
4 Manqal salatı-VIDEO
5 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info