Fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilərin sayı 33 733 nəfərə çatıb
Tarix: 13.12.2016 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində cari ilin noyabr ayı ərzində 378 nəfər əcnəbi şəxs qeydiyyata alınıb ki, bu da əvvəlki oktyabr ayı ilə müqayisədə 54,3 faiz çoxdur. Ümumilikdə bu ilin yanvar-noyabr aylarında əlavə olaraq 5 871 nəfər əcnəbiyə fərdi hesab açılmaqla, sistemin əhatə etdiyi xarici ölkə vətəndaşlarının sayı 33 733 nəfərə çatıb.
Hazırda fərdi uçot sistemində 122 ölkənin vətəndaşları qeydiyyatdadır. Onların sırasında say baxımından ilk yerləri Тürkiyə (15 626 nəfər), Gürcüstan (3 254 nəfər) və Rusiya (1 941 nəfər) vətəndaşları tuturlar. Həmçinin sistemdə Özbəkistandan (1 809 nəfər), Hindistandan (1 437 nəfər), İrandan (1 049 nəfər), Çindən (924 nəfər), Banqladeşdən (880 nəfər), Pakistandan (715 nəfər), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya Krallığından (674 nəfər), Ukraynadan (555 nəfər), Türkmənistandan (327 nəfər), Filippindən (306 nəfər), ABŞ-dan (297 nəfər), Almaniyadan (270 nəfər), Qazaxıstandan (257 nəfər), İtaliyadan (218 nəfər) və s. ölkələrdən olan əcnəbilər fərdi hesaba malikdirlər.
Sistemdə qeydiyyatda olan əcnəbilərin 29 798 nəfərini (88,3 faiz) kişilər, qalanlarını qadınlar təşkil edir.
2006-cı il yanvarın 1-dən Azərbaycanda tətbiqinə başlanan fərdi uçot sistemi ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olan, respublikamızın mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb edilən digər gəlirləri əldə edən əcnəbilərin də öz fərdi hesablarında pensiya kapitalı toplamalarına şərait yaradıb. Bununla da onlar gələcək pensiya təminatı hüquqlarını formalaşdırmış olurlar.
Fərdi uçot sistemində qeydiyyata olan şəxslərin ümumi sayı isə 1 dekabr 2016-cı il tarixinə 3 352 983 nəfər təşkil edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info