“Azərbaycan həqiqətlərinin İKT üzərindən müxtəlif dillərdə təşviqi üçün qrupların yaradılması”
Tarix: 13.12.2016 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan həqiqətlərinin İKT üzərindən müxtəlif dillərdə təşviqi üçün qrupların yaradılması” adlı layihə həyata keçirilib.
Layihənin məqsədi Azərbaycan həqiqətlərini dünya ictimaiyətinə müxtəlif dillərdə çatdırmaq və gələcəkdə Azərbaycan haqqında yayılana biləcək yalnış informasiyaların qarşısını almaqdan ibarətdir.
Layihə çərçivəsində təlimçilər Məcid Musayev və Pərvin Rəhimli “Jurnalistika və media ilə işləmək”, “Sosial Piyar” və “Könüllülük hərəkatı” haqqında təlimlər keçiblər. İştirakçılar komandalara bölünüblər və hər komandaya məqalə yazmaq üçün bir mövzu verilib. Mövzular Azərbaycan memarlığı, kulinariyası, musiqi tarixi, rəqs tarixi haqqında olub və komandalara araşdırmaya əsaslanan məqalələr təqdim edilib. Layihənin davamı olaraq ikinci hissəsində məqalələr 8 dilə tərcümə olunub və yaradılmış bloqa yerləşdiriləcək. Layihə iştirakçıları bu bloqun fəaliyyətini davam etdirərək mütəmadi olaraq Azərbaycanı təbliğ edən müxtəlif mövzulu məqalələr yazaraq tərcümə edib bloqa yerləşdirəcəklər.
Bağlanış mərasimində komandalar aktiv iştiraklarına və yazdıqları məqalələrə görə sertifikatla təltif olunublar.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info