İran 7 neft yatağını Rusiya şirkətlərinin idarəçiliyinə verəcək
Tarix: 14.12.2016 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Rusiya-İran Hökumətlərarası Komissiyasının Tehranda keçirilən iclasında İranın cənubunda istilik elektrik stansiyasının inşası və İran dəmir yolunun elektrikləşdirilməsi haqqında 2,5 milyard dollarlıq saziş imzalanıb. İstilik elektrik stansiyası Bəndər Abbas şəhərində tikiləcək.
Həmçinin Qarmsar-İnçe-Barun dəmir yolu xəttinin elektrikləşdirilməsi nəzərdə tutulub. Tehran görüşü çərçivəsində İran və Rusiya neft və energetika sahəsində əməkdaşlıq haqqında memorandum da imzalayıb. Energetika üzrə İran-Rusiya işçi qrupunun Tehranda keçirilən iclasında imzalanmış 23 bəndlik sənəddə neft yataqlarının kəşfiyyatı və neft hasilatı, neft hasilatı avadanlığının istehsalı sahələrində tərəfdaşlıq öz əksini tapıb. Bundan əlavə, Rusiyanın “Qazpromneft” şirkəti İranın NIOC şirkəti ilə İranda iki neft yatağının işlənilməsi barədə saziş imzalayıb. İranın neft naziri Bijən Namidar Zəncənə bildirib ki, İran 7 neft yatağını Rusiya şirkətlərinin idarəçiliyinə verəcək. Artıq Rusiyanın “Lukoyl” şirkəti ilə müvafiq Anlaşma Memorandumu imzalanıb. Gələcəkdə bu yataqlardan 5 milyard barrel neft hasil etmək mümkün olacaq. “Lukoyl” ilə yanaşı, İranın neft yataqlarının işlənilməsində Rusiyanın “Tatneft” və “Zarubej” neft şirkətləri də iştirak edəcəklər. İranda səfərdə olan Rusiyanın enerji naziri Aleksandr Novak jurnalistlərə bildirib ki, Rusiya neft şirkətlərinin İranda həyata keçirəcəkləri layihələrin dəyəri 6 milyard dollar həcmindədir. Bu məbləği İranın neft sənayesinə yatırılan xarici investisiya da hesab etmək olar.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info