BMT: “Avropa ölkələrinin miqrantlara münasibəti insan hüquqlarının pozulmasıdır”
Tarix: 14.12.2016 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


“Sərhədlərin möhkəmləndirilməsi, miqrantların ölkələrə buraxılmaması məsələnin həll variantı deyil”

“Hazırkı miqrasiya böhranının qarşısını almaq, məsələnin köklü şəkildə həllinə nail olmaq üçün ilk olaraq, məcburi miqrasiyanın səbəblərini miqrantların ölkələrində həll etmək lazımdır”.
Bu fikirləri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qrasianu da Silva “RİA Novosti” saytına açıqlamasında bildirib. “Təbii ki, sərhədlərin möhkəmləndirilməsi, miqrantların ölkələrə buraxılmaması məsələnin həll variantı deyil. Bunun nəticələri göz önündədir. Belə ki, Avropa ölkələri tərəfindən atılan bu addımlar insan hüquqlarının pozulmasına və dənizdə daha çox insanın ölümünə səbəb olub. Bəs, belə olan halda, miqrasıyanın qarşısına sədd çəkmək üçün biz hansı addımları atmalıyıq? Biz miqrant və qaçqınların kütləvi axınının arxasında dayanan səbəbləri araşdırmalıyıq. Kənd regionlarından miqrasiyaya məruz qalanlara ərazilərin inkişafı üçün humanitar yardım edilməlidir. Bütün bunlarla yanaşı, leqal miqrasiya kanalları yaratmaq lazımdır. Bu, miqrantların inteqrasiyasını asanlaşdıra bilər” - deyən təşkilat rəhbəri onu da vurğulayıb ki, əsas məqsədlərdən biri də yoxsulluğun aradan qaldırılması və sosial-iqtisadi inkişafı təmin etməkdir. BMT rəsmisi miqrasiya problemlərinin həllində əhəmiyyətli məsələlərdən biri kimi böhran və münaqişələrin əziyyət çəkən ölkələrdə kənd yerlərinin inkişafına davamlı investisiya yatırılmasını qeyd edir: “Əgər kənd təsərrüfatı sahəsi davamlı və cəlbedici olarsa, təbii ki, burada milyonlarla iş yeri yaratmaq olar”. BMT rəsmisi qeyd edir ki, miqrasiya inkişaf prosesinin bir hissəsidir: “Miqrantlar ölkələrin iqtisadi və sosial inkişafına əhəmiyyətli dərəcədə müsbət töhfə verə bilərlər. Lakin bu, bütün hallarda baş vermir. Şüurlu səkildə yolu seçənlərdən fərqli olaraq çıxılmaz vəziyyətdə qalaraq bu miqrant olanlarda müsbət töhfə ehtimalı az olur. Bu gün köç etmək məcburiyyətində qalanların əksəriyyəti silahlı münaqişələr, ictimai iğtişaşlar və artan qeyri-sabitlik ucbatından öz ölkələrini tərk edənlərdir. Onların əksəriyyəti böyük məhrumiyyətlərlə üzləşir. Təkcə onu xatırlatmaq istəyirəm ki, yararsız qayıqlarla Avropaya can atan 4200- dən artıq insan Aralıq dənizində batıb. Avropaya böyük ümidlərlə can atan insanların əksəriyyətinin problemi iqtisadi məsələlərlə bağlıdır. Lakin unutmaq lazım deyil ki, iqlim dəyişikliyi, torpaq, su və digər təbii resurslar uğrunda gedən rəqabət də bu tendensiyanı kəskinləşdirə bilər. 2050-ci ilə qədər miqranların sayının təqribən 200 milyonu ötəcəyini nəzərə alsaq, bizi hansı faciələrin gözlədiyini izah etməyə lüzum yoxdur”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info