KİV rəhbərləri TRT-də olub
Tarix: 14.12.2016 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Azərbaycan nümayəndə heyəti Avrasiya Araşdırmalar Mərkəzi və “Atatürk mavzoleyi”ndə də olub

Azərbaycan KİV təmsilçilərinin Türkiyə paytaxtına səfəri davam edir. Dekabrın 13-də nümayəndə heyəti Avrasiya Araşdırmalar Mərkəzində (AVİM) olub. Qurumun rəhbəri Alev Kılıç görüş iştirakçılarına AVİM-in fəaliyyəti və icra etdiyi layihələr barədə məlumat verib.
O, AVİM-in fəaliyyətində Qafqaza və xüsusi olaraq Azərbaycana ciddi önəm verildiyini bildirib: “Azərbaycan Türkiyə ilə dost, qardaş ölkədir. Eyni zamanda Azərbaycan Türkiyəni digər türk dövlətləri ilə əlaqələndirən strateji bir bağdır”. KİVDF-nin icraçı direktoru, nümayəndə heyətinin rəhbəri Vüqar Səfərli KİV təmsilçilərinin Ankaraya səfərinin məqsədi, həmçinin Azərbaycanda KİV-in durumu və rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Vüqar Səfərli Azərbaycan KİV-lərinin iki ölkə arasında əlaqələrin inkişafına təkan verən istənilən layihəni dəstəklədiklərini önə çəkərək, AVİM-lə əlaqələrin də inkişaf etdirilməsinin zəruriliyini bildirib. Görüşdə çıxış edənlər Azərbaycan və Türkiyə KİV-ləri arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları barədə fikirlərini bölüşüblər. Nümayəndə heyətinin növbəti görüşü TRT-də keçirilib. KİV rəhbərləri TRT-nin ofisi və texniki imkanları ilə tanış olub, planlaşdırılan layihələr barədə məlumatlandırılıblar. Görüş iştirakçıları arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb. Fondun icraçı direktoru V.Səfərli telekanal rəhbərliyinə həssas məqamlarda Azərbaycan xalqına və dövlətinə göstərdiyi yardıma, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında oynadığı rola görə təşəkkürünü çatdırıb. Azərbaycan KİV təmsilçiləri Ankarada “Atatürk mavzoleyi”ni də ziyarət ediblər. Səfər proqramı davam edir. Məlumat üçün bildirək ki, KİV təmsilçilərinin səfər proqramı Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə həyata keçirilir. Nümayəndə heyətinə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, o cümlədən Azərbaycanın aparıcı KİV rəhbərləri daxildir.
Səfər proqramı dekabrın 16-dək davam edəcək. Nümayəndə heyətinin səfər çərçivəsində Türkiyənin rəsmi dövlət qurumlarında, informasiya məsələlərinə məsul olan təşkilatlarda, həmçinin aparıcı KİV-lərin redaksiyalarında görüşləri nəzərdə tutulub.






 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info