Əhalinin mənzil təminatı yaxşılaşdırılacaq
Tarix: 14.12.2016 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Azərbaycan əhalisinin mənzil təminatı yaxşılaşdırılacaq. Bu barədə Prezidentin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə deyilir.
Qeyd olunur ki, əhalinin sosial rifahını əks etdirən göstəricilərdən biri də mənzillə təminatdır. Hazırda Azərbaycanda adambaşına düşən orta mənzil fondu 17,9 m2 təşkil edir ki, buda MDB (20 m2) və Şərqi Avropa ölkələri (30 m2) üzrə orta göstəricilərdən azdır. 2016-2020-ci illərdə strateji yol xəritəsinin həyata keçirilməsi zamanı sosial təsirlər qiymətləndiriləcək, iş yerlərinin yaradılması ilə yanaşı, mənzil təminatının yaxşılaşdırılması, müasir tələblərə uyğun təhsil və səhiyyə xidmətlərinin göstərilməsinə dəstək verən sistemin inkişafı, kommunal xidmətlərin təkmilləşdirilməsi və ünvanlı sosial yardım sistemindən reabilitasiyaya keçidin təmin edilməsi yolu ilə yoxsulluğun azaldılmasına səylər göstəriləcək. 2016-2020-ci illərdə strateji yol xəritəsinin həyata keçirilməsi zamanı sosial təsirlər qiymətləndiriləcək, iş yerlərinin yaradılması ilə yanaşı, mənzil təminatının yaxşılaşdırılması, müasir tələblərə uyğun təhsil və səhiyyə xidmətlərinin göstərilməsinə dəstək verən sistemin inkişafı, kommunal xidmətlərin təkmilləşdirilməsi və ünvanlı sosial yardım sistemindən reabilitasiyaya keçidin təmin edilməsi yolu ilə yoxsulluğun azaldılmasına səylər göstəriləcək. Yol xəritəsində bildirilir ki, şəhər yerlərində uyğun mənzil təminatı seçimləri Azərbaycanın kənd yerlərində olan hazırkı işçi qüvvəsinin şəhər yerlərindəki məşğulluq imkanlarından bəhrələnməsinə şərait yaradacaq. Bu, nəinki yoxsulluq səviyyəsini azaltmağa kömək edər, hətta regionlar arasında gəlir bərabərsizliyinin azalmasına gətirib çıxara bilər. Mənzil təminatı artan şəhər əhalisinin tələblərini də əhatə edəcək və bu əhali qrupunun xüsusi çəkisi hazırkı təxminən 55 faizdən 70-75 faizədək artacaq. Daha yaxşı məşğulluq imkanlarına görə şəhərlərə axın və kənd yerlərində daha yüksək gəlirli məşğulluq imkanlarının artımı nəticəsində gəlirlərdəki bərabərsizlik azalacaq. 2025-ci ildən sonra Bakı ilə ölkənin digər regionları arasındakı gəlir fərqi adambaşına təxminən 50 faizdən 40 faizədək enəcək.
Tural





 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info