Növbəti açıq hərracda 26 dövlət əmlakı özəlləşdirilib
Tarix: 14.12.2016 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dekabrın 13-də dövlət mülkiyyətində olan əmlakların özəlləşdirilməsi üzrə növbəti hərrac keçirib. Hərracda, ümumilikdə 26 dövlət əmlakı olmaqla, 7 kiçik dövlət müəssisə və obyekti, 7 istifadəsiz qeyri-yaşayış sahəsi və 11 nəqliyyat vasitəsi və 1 yarımçıq tikili özəlləşdirilib.
Budəfəki özəlləşdirmədən dövlət büdcəsinə 4,3 milyon manat vəsaitin köçürülməsi təmin ediləcək. Komitədən bildirilib ki, hazırda özəlləşdirmə portalı sayəsində hərracda iştirak etmək daha da rahatlaşıb. Belə portal üzərindən əmlakı seçib sifariş verməklə hərraca qatılmaq olar. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və digər məlumatlar var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, Özəlləşdirmə portalı, eləcə də “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifə və “Privatization.az” səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir. Məlum olduğu kimi, hərracı müşahidə etmək üçün də heç bir məhdudiyyət yoxdur. Yəni istənilən vətəndaş və ya media nümayəndəsi hərrac günü komitənin İnformasiya Texnologiyaları Mərkəzinə (Bakı, Heydər Əliyev prospekti, 139A) gəlib hərrac prosesini izləyə bilər.
Hərracda özəlləşdirilmiş kiçik dövlət müəssisələrinin 1-i Bakıda, 3-ü Gəncədə, 2-si Şəkidə, 1-i Zaqatalada, qeyri-yaşayış sahələrinin 2-si paytaxtda, 2-si Sumqayıtda, 2-si Göyçayda, 1-i Ağdaşda, 1 yarımçıq tikili isə Füzulidə yerləşir. Hərracda paytaxtın Səbail rayonunda yerləşən 59 saylı mağaza 60 min manata, Gəncə şəhərində yerləşən 65 saylı və 39 saylı mağazalar müvafiq olaraq 55 min və 40 min manata özəlləşdirilib. Qeyd edək ki, tamamilə şəffaf, rahat və ictimaiyyətin bütün təbəqələrinə açıq şəraitdə keçirilən belə hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır. Hərracda özəlləşdirilən əmlak sonradan biznes məqsədilə icarəyə və ya istifadəyə verilə, eləcə də digər gəlir mənbəyinə çevrilə bilər. Komitə tərəfindən növbəti hərrac dekabrın 20-də keçiriləcək. Hərraca çıxarılan 84 əmlakdan 23-ü səhmdar cəmiyyəti, 26-sı kiçik dövlət müəssisə və obyekti, 32-si istifadəsiz qeyri-yaşayış sahəsi və 3-ü isə nəqliyyat vasitəsidir.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info