Şəkinin böyük iqtisadi potensialı var
Tarix: 14.12.2016 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Şəkinin çox böyük iqtisadi potensialı və geniş turizm potensialı var. Ümid edirəm ki, bu qədim və gözəl şəhərə gələn alman turistlərin sayı ildən-ilə daha da artacaq. Səfirlik olaraq, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində maraqlıyıq.
Bu fikirləri Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab Şəkiyə səfəri çərçivəsində şəhər rəhbərliyi ilə görüşü zamanı səsləndirib. Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı Elxan Usubov səfirə qədim Şəkinin tarixi və mədəniyyəti, iqtisadi və turizm potensialı barədə məlumat verib. Bildirilib ki, rayonda dövlət qeydiyyatına alınmış 84 tarixi-memarlıq abidəsi var. Onların qorunması və bərpası diqqət mərkəzindədir. Söhbət zamanı nadir memarlıq abidəsi olan Şəki xanları sarayının bərpasında alman mütəxəssislərin rolunu xüsusi vurğulanıb. Qeyd edilib ki, Şəkidə hər il beynəlxalq səviyyəli 4-5 festival keçirilir. Rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı üçün yaxşı imkanlar mövcuddur. Səfir Mixael Kindsqrab Şəkiyə ilk dəfə səfər etdiyini, şəhərin gözəlliyinə heyran qaldığını bildirib. Almaniyalı diplomat Şəki ilə iqtisadiyyat və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Azərbaycan-Almaniya əlaqələrinin bütün sahələr üzrə sürətlə inkişaf etməsini məmnunluqla qeyd edən səfir Şəki şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulmasında KfV Bankının iştirakının əməkdaşlığın daha da genişləndirilməsində mühüm rol oynadığını vurğulayıb. Şəkiyə səfəri çərçivəsində səfir Mixael Kindsqrab şəhərin tarixi məkanlarına baş çəkib, Şəki xanlarının sarayı ilə tanış olub, “Şəki-İpək” ASC-də istehsal prosesini izləyib.




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
“Gənclər mənəvi irsimizin təbliğində fəallıq nümayiş etdirirlər”
17.04.2019
Masallıda Nəsimiyə həsr olunan tədbir keçirilib
16.04.2019
Mübariz İbrahimovun ev muzeyini ziyarət
15.04.2019
Masallıda şagirdlər arasında “İnşa- yazı” müsabiqəsi
15.04.2019
Masallıda Orduya yaz çağırışı

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info