14 min əlilə protez-ortopedik xidmətlər göstərilib
Tarix: 14.12.2016 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


Cari ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 13 990 nəfər əlilliyi olan şəxsə protez-ortopedik xidmətlər göstərilib.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu dövrdə əlilliyi olan şəxslər 1 117 ədəd əlil arabası, 1 065 ədəd aşağı və yuxarı ətraf protezi, 1 517 cüt dirsəkaltı ağac, 810 ədəd dördayaqlı dayaq vasitəsi, 1288 ədəd aşağı və yuxarı ətraf ortezi, 717 ədəd bel və boyun nahiyəsi üçün korsetlə təmin olunub. Həmçinin onlara 4 600 cüt ortopedik ayaqqabı, 3 111 cüt protez ayaqqabı, 663 ədəd eşitmə aparatı, 8 404 ədəd müxtəlif reabilitasiya vasitəsi, 2 226 ədəd əsa və s. ilə təmin olunublar. Onlara məxsus 817 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatın təmiri işləri də aparılıb.
 
Əlilliyi olan şəxslərin dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə görülən işlərin davamı olaraq cari ilin 11 ayında əlilliyi olan şəxslərə ümumilikdə 31 537 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat verilib. 
 
Yanvar-noyabr aylarında Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası tərəfindən respublikamızın bölgələrində səyyar formada protez-ortopedik bərpa xidmətləri də göstərilib. Qeyd olunan şəxslər  elə yaşadıqları rayon və ya şəhərdə  ehtiyac duyduqları protez-ortopedik məmulat  və reabilitasiya vasitələri ilə təmin olunublar.
 
Mərkəzin və  onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında 670 nəfər əlilliyi olan şəxsə protezləşməyə hazırlanma, protezlə təmin edilmiş şəxslərə protezlə hərəkət edilmənin öyrədilməsi, onurğa sütunu zədələnmiş spinal əlillərin və skoliozlu uşaqların reabilitasiyası və s. istiqamətlərdə bərpa-müalicə xidmətləri göstərilib. 
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info