“Azərbaycan Tələbə Kartı”nın yeni variantının təqdimatı keçirilib
Tarix: 14.12.2016 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Bakıda “Azərbaycan Tələbə Kartı”nın yeni variantının təqdimat mərasimi keçirilib.
Bu münasibətlə Bakıda keçirilən tədbirdə “Azərbaycan Tələbə Kartı” yeni variant barədə məlumat verilib, yeni tərəfdaş şirkətlər təqdim olunub.
Qeyd edək ki, təhsil alan gənclərə sosial dəstəyin artırılması və tələbələrin beynəlxalq güzəştli kartlar sisteminə qoşulması məqsədilə 2012-ci ildən etibarən Gənclər və İdman, Təhsil nazirlikləri və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün 196 min ədəd “Azərbaycan Tələbə Kartı” hazırlanaraq pulsuz paylanılıb.
“Azərbaycan Tələbə Kartı” Avropa Gənclər kartı (EYCA) ilə birgə buraxılır. 1987-ci ildə təsis edilən Avropa Gənclər Kartı Assosiasiyası üzv təşkilatları sosial, mədəni, təhsil və iqtisadi cəhətdən mobil olmaq üçün daha çox gəncləri stimullaşdırmaq istiqamətində birgə fəaliyyət məqsədi daşıyır. Avropa Gənclər kartının (EYCA) şüarı “Qənaət edilmiş pul-qazanılmış puldur”.
Plastik Kartın üzərində Avropa Gənclər Kartının loqosu var və ona uyğun olaraq kartın içində mikroçip yerləşdirilib. Bu da kart sahibinə Avropanın 37 ölkəsində 80 mindən çox və Azərbaycanda 200-dən artıq obyektdə 5 faizdən 55 faizədək endirimlər təklif edir.
Kartdan səyahət zamanı otellər və hostellər bron etməkdə, ekskursiyalar və turlarda, qatar, avtobus, hava və su nəqliyyatından istifadə zamanı, mağazalarda (kitab, idman, palat və digər), iaşə obyektlərində, müxtəlif xidmətlərdə (sığorta, abunə servisi, bələdçi) istifadə etmək mümkündür.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info