Daha bir neçə qanunsuz valyuta mübadiləsi aparan şəxs yaxalanıb
Tarix: 14.12.2016 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Ayrı-ayrı şəxslər tərəfindən qanunsuz valyuta mübadiləsi əməliyyatlarının aparılmasına qarşı məqsədyönlü mübarizə sahəsində daxili işlər orqanları tərəfindən xüsusi əməliyyat tədbirləri davam etdirilir.
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Xətai rayonu ərazisində yerləşən kafelərdən birində əməliyyat-axtarış tədbiri həyata keçirilib.
 
Nəticədə həmin obyektdə qanunsuz valyuta mübadilə fəaliyyəti ilə məşğul olan Masallı rayon sakini Elnur Əkbərov, paytaxt sakinləri Fərhad Məhərrəmov və Vüsal Mikayılov 52 min ABŞ dollarını 96 min 200 manata satan zaman saxlanılıblar.
 
Onların üzərlərinə baxış zamanı əlavə olaraq ümumilikdə 13 min 920 ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunub.
 
Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
 
Elə həmin gün belə bir tədbir Sumqayıt şəhərində də həyata keçirilib. Belə ki, Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhərin 32-ci məhəlləsində yerləşən ticarət mərkəzinin ərazisində qanunsuz valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olduqlarına görə 4 nəfər - Fərmayıl Hacıyev, Xəqani Albandayev, Azər Məmmədov, İsfəndiyar Nağıyev saxlanılıblar.
 
Tədbirlərin davamı olaraq bu fəaliyyətlə məşğul olan daha bir şəhər sakini İsmayıl Balayev də saxlanılıb.
 
Həmin şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.
 
Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edərək bildirir ki, ölkənin maliyyə sisteminin sabit və dayanıqlılığına, maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunmasına qarşı fəaliyyət göstərən şəxslərlə mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək.
 
Qanunsuz valyuta mübadiləsi ilə məşğul olan şəxslərin bu hüquqazidd əməllərdən çəkinmələri tələb olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info