Girovluqdakı Dilqəm və Şahbazla bağlı beynəlxalq təşkilatlara müraciət olunub
Tarix: 14.12.2016 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


Bakıda könüllü jurnalistlərin “Dilqəm və Şahbazı ziyarət et, həqiqəti gözünlə gör” təşəbbüs qrupunun təşkilatçılığı ilə tədbir keçirilib.
 
11 iyul 2016-cı ildə Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluğunun ikinci ilin tamam olması ilə əlaqədar dünya jurnalistlərini də sıralarına cəlb edən azərbaycanlı jurnalistlər “Dilqəm və Şahbazı ziyarət et, həqiqətləri gözünlə gör!” adı altında bir təşəbbüs qrupu yaradıb. Təşəbbüs qrupunun fəaliyyətini dəstəkləyən İtki və Tələfatlar üzrə İşçi Qrupu, Mətbuat Şurası, Dilqəm və Şahbazın Hüquqlarının Müdafiəsi Komitəsi, Azərbaycan Sosial Rifah Partiyasının təmsilçiləri və mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən bugünkü tədbirdə MŞ sədri, deputat Əflatun Amaşov hər kəsi erməni girovluğundakı Dilqəm və Şahbazın azadlığa buraxılması üçün aparılan mübarizədə fəallığa çağırıb. O qeyd edib ki, dövlət bu istiqamətdə yüksək səviyyədə çalışır.
 
Deputat Xanhüseyn Kazımlı bildirib ki, bu yaxınlarda məsələ ilə bağlı Londonda Diplomatik Proqres İnstitutunda vəkillərlə danışıqlar aparılıb. O, danışıqların detallarını açıqlamayıb.
 
Deputat Elman Nəsirov da girovların azad olunması istiqamətində mübarizədə ruhdan düşməməyə, bütün imkanlardan istifadə etməyə çağırış edib.
 
Tədbirin sonunda Azərbaycan, Ermənistan, Moldova ombudsmanlarına, Qızıl Aypara Cəmiyyətinə, BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Zeyd Raad Əl-Hüseynə, “Amnesty International” Beynəlxalq  Hüquq Müdafiəsi Təşkilatına İnsan Haqları üzrə Avropa Komissarlığına (ECHR), İşgəncələrə qarşı Ümumdünya Təşkilatına (World Organization Against Tortur) könüllü jurnalistlər adından müraciət ünvanlanıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info