XI siniflər üçün buraxılış imtahanının qaydaları nə vaxt dəyişəcək?
Tarix: 14.12.2016 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


“Bu il IX siniflər üzrə buraxılış imtahanları yeni qaydalar əsasında aparılacaq. XI siniflər üzrə buraxılış imtahanlarında isə heç bir dəyişiklik edilməyib”. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları” ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, XI sinfin buraxılış imtahanları ötənilki modelə əsasən aparılacaq. Onun sözlərinə görə, XI sinifdə buraxılış imtahanı verən şagirdlər qəbul imtahanında iştirak etmədən V qrup üzrə orta ixtisas təhsili müəssisələrinə, o cümlədən qabiliyyət tələb edən ixtisasları seçə biləcəklər: “Gələn il də buraxılış imtahanında dəyişiklik olmayacaq. Amma iki ildən sonra XI sinfi bitirənlər yeni qaydalarla imtahan verəcəklər: “Bu dəyişiklik hazırda 10-cu sinif şagirdlərinin kurikulumla oxuması ilə əlaqədardır. O zaman qaydalar dəyişəcək. Dəyişikliklərin hansı formada olacağını indidən demək çətindir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info