Babək Rayon Mərkəzi Xəstəxanasında bir gündə 20 cərrahi əməliyyat aparılıb
Tarix: 14.12.2016 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri Babək Rayon Mərkəzi Xəstəxanasında bir gündə 20 cərrahiyyə əməliyyatı aparıb, əhaliyə pulsuz tibbi xidmət göstəriblər.
AZƏRTAC xəbər verir ki, 26 nəfər müayinə edilib, cərrahi müdaxiləyə ehtiyacı olan xəstələr üzərində uroloji, proktoloji qiqant yırtıq, öd kisəsi əməliyyatları aparılıb. Xəstəxanada ilk dəfə olaraq spinal anesteziya ilə yırtıq əməliyyatı icra edilib. Əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr birgünlük müşahidədən sonra evlərinə buraxılıb.
Babək rayonunun Nehrəm kənd sakini Əli Əliyev başqa yerlərə getmədən ərazidə yerləşən səhiyyə müəssisəsində pulsuz əməliyyat olunmasına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə göstərilən xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib. Digər xəstələr də tibbi xidmətdən razı qaldıqlarını bildiriblər.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçilərindən ibarət digər briqadası isə Babək rayonunun Cəhri kəndində əhaliyə kütləvi tibbi xidmət göstərib. Belə ki, kənd sahə xəstəxanasında 30 nəfər ultrasəs və elektrokardioqrafiya müayinəsindən keçib, onlardan qan analizləri götürülüb, müvafiq tibbi məsləhətlər verilib. Laboratoriya işçilərinə tibbi cihaz və avadanlıqlardan istifadə qaydaları izah edilib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info