İspaniya şahzadəsinin əri məhkəmə qarşısında
Tarix: 04.04.2013 | Saat: 22:15:00 | E-mail | Çapa göndər


İspaniya kralı 1-ci Xuan Karlosun kiçik qızı Kristina ərinin oğurladığı büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı məhkəmə prosesinə şübhəli şəxs qismində çağırılıb.
“El Mundo” bildirir ki, şahzadə Kristinanın əri, 44 yaşlı İnaki Urdanqarin müttəhimlər kürsüsündə oturacaq. Məhkəmənin ilk iclası aprelin 27-də Mayorka adasında keçiriləcək. İspaniya tarixində ilk dəfədir ki, kral ailəsindən kimsə qanunu pozmaqda suçlanaraq məhkəməyə cəlb olunur. 44 yaşlı İnaki Urdanqarinlə bağlı istintaq 2011-ci ilin sonlarında başlanıb. O, yaratdığı Noos xeyriyyə təşkilatının hesablarına köçürülən maliyyə vəsaitlərini 2004-2006-cı illərdə mənimsəməkdə ittiham olunur. Mənimsənilən məbləğ 6 milyon avrodur. 2006-cı ildə Urdanqarin fondun idarə olunması prosesindən kənarlaşdırılıb. Kral sarayı isə Urdanqarinə istənilən açıqlamanı və müsahibəni, habelə çıxış və bəyanatları qadağan edib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info