“Azərbaycanla oyun işimizi çətinləşdirdi”
Tarix: 14.12.2016 | Saat: 23:29:00 | E-mail | Çapa göndər


“Seçmə mərhələdən əvvəl millidəki karyeramı bitirməyim yığma üçün yaxşı olmadı. Amma digər tərəfdən qərarımı düzgün sayıram”. Bu sözləri “Arsenal”ın qapıçısı Petr Çex deyib. Ölkəsinin mətbuatına açıqlama verən 34 yaşlı qolkiper milli karyerasını bitirməsindən və Çexiya yığmasının DÇ-2018-in seçmə mərhələsindəki çıxışından danışıb. Çexlərin Azərbaycan yığması ilə qolsuz bərabərliyə qaldığı matça da toxunan qapıçı maraqlı fikirlər səsləndirib: “Həm klubda, həm də millidə oynamaq, vaxtımın çoxunu yollarda keçirmək artıq məni yorurdu. İllər ərzində bu rejimdə oynadım və başa düşdüm ki, daha gücümün 100 faizini meydanda qoya bilmirəm. Özümü aldada bilməzdim, buna görə də, qərar verməli idim. Düzdü, mənim yoxluğumda milli seçmə mərhələyə yaxşı başlamadı. Şimali İrlandiya və Azərbaycanla ev görüşlərində xallar itirildi. Bu iki oyun işimizi çətinləşdirdi. Halbuki, həm Şimali İrlandiya, həm də Azərbaycanla qarşılaşmada Çexiya yığması yaxşı oyun göstərdi, qol vəziyyətləri yaratdı. Sadəcə, imkanlardan istifadə edə bilmədi. Nəticədə ardıcıl 2 ev matçındakı xal itkisi yığmanı təzyiq altına saldı. Nəhayət, Norveçlə qarşılaşmada komanda tilsimi qıra bildi. Yaxşı oyun göstərib, dünya çempionatından kənarda qalmaq heç yaxşı olmaz”. Qeyd edək ki, 2002-2016-cı illərdə Çexiya yığmasının formasını geyinmiş Çex millidə 124 oyun keçirib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info