Siyasi karyerası olmayan Tillerson ABŞ-ın xarici siyasətində balans yarada biləcəkmi?
Tarix: 15.12.2016 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ən mühüm dövlət postuna namizədini açıqlayıb. Qarşıdakı illərdə Birləşmiş Ştatların xarici siyasət idarəsinə neft-qaz korporasiyasının rəhbəri olan Reks Tillerson rəhbərlik edəcək. “ExxonMobil” şirkətinin rəhbəri kimi tanınan bu şəxsin dövlət katibi təyin olunacağı, həqiqətən də, Birləşmiş Ştatların xarici siyasətində mühüm dəyişiklər olacağını deməyə əsas verir. Bir çox ekspertlər qeyd edir ki, ABŞ-ın xarici siyasət prioritetləri dəyişəcək. Bundan sonra mərkəzdə strateji baxımdan vacib regionlarda biznes maraqları və Rusiya ilə münasibətlərin yaxşılaşması xətti dayanacaq.
Trampın qələbəsi məlum olandan sonra əsas intriqa dövlət katibi postuna kimin təyin olunacağı ilə bağlı idi. Trampın neft-qaz şirkətinin rəhbərinin adını açıqlaması biznes dünyasına yaxşı məlum olan şəxsin ismini bir anda dünya mediasının gündəminə gətirdi. İndiki dövlət katibi Kerrini əvəzləyəcək şəxs ABŞ biznesinin top-menecerlərindən biridir. Tramp heç vaxt siyasətlə məşğul olmayıb və siyasi keçmişi yoxdur. Elə dövlət katibi postuna namizəd göstərilən şəxslər arasında yeganə şəxs 64 yaşlı Tillerson idi ki, nə siyasətlə məşğul olub və nə də indiyə qədər dövlət məmuru postunu tutub. Amma Tramp bildirib ki, Tillerson böyük təcrübə və geosiyasətlə bağlı dərin savada malik bir şəxs kimi dövlət katibi vəzifəsinin öhdəsindən layiqincə gələcək. Tillersonun namizədliyi Senatda təsdiqlənməlidir. Burada üstünlük 52-48 nisbətində respublikaçıların tərəfindədir. Amma yuxarı palatanın bəzi üzvləri artıq narahatlıqlarını ifadə etməyə başlayıblar. Konqrsemenləri ən çox narahat edən məsələ Tillersonun Rusiya ilə sıx münasibətdə olması və 2012-ci ildə Rusiyanın “Dostluq” ordeni ilə təltif olunmasıdır. Bir il sonra həmin orden Tillersona şəxsən Putin tərəfindən təqdim edilib. Senator Mark Rubio Tillersonu “Vladimirin dostu” adlandırıb. Respublikaçı senatorlar Lindsi Qrem, Con Makkeyn də Tillersonun Kremllə münasibətləri ilə bağlı narahatlıqlarını ifadə ediblər. “Kommersant” yazır ki, Tillerson iki il Rusiyada işləyib. “Exxon” şirkəti “Rosneft”lə tərəfdaşlıq çərçivəsində “Saxalin-1” yatağının işlənməsində iştirak edib. Tillersonun “Rosneft” rəhbəri Seçinlə sıx münasibətləri var. O də bəllidir ki, “Exxon” Rusiyaya qarşı sanksiyaların yumşaldılması üçün fəal iş aparıb. Buna nail ola bilməsə də, Rusiyanın xeyrinə lobbiçilik edib. Vaşinqtonda yerləşən Amerika Universitetinin professoru Anton Fedyaşin bildirib ki, Tillersonun Putinlə yaxşı münasibətlərinə baxmayaraq, onun namizədliyinin təsdiqlənməsində heç bir problem olmayacaq: “Onun əsas problemi təsdiqləndikdən sonra yaranacaq. Çünki o yeni vəzifəsində Dövlət Departamentində Rusiyaya qarşı formalaşan ənənələri dəyişməlidir. Onun üçün dövlət katibi postunda işləmək çətin olacaq. Amma Tillerson uğurlu namizəddir və ABŞ-ın xarici siyasətinə balans yarada biləcək”. Rusiyalı ekspert Fyodor Voytolovski hesab edir ki, texaslı neftçinin bu posta təyinatı uğurlu addımdır. Çünki neft-qaz sektoru respublikaçıların əsas hərəkətverici qüvvəsi sayılır. Xarici siyasət və təhlükəsizlik sahəsində çalışmış nüfuzlu amerikalı siyasətçilər artıq ona dəstəklərin ifadə ediblər. Ekspertlər bildirir ki, Tillersonun karyerası ərzində işlədiyi regionlarda qazandığı dostları, şəxsi münasibətləri ona yeni işində yardım edəcək. O, Rusiyanı, Yaxın Şərq ölkələrini, neft istehsal edən ölkələri, neft-qaz bazarını, o cümlədən Asiya-Sakit okean regionunu yaxşı tanıyır. Ekspert Vladimir Sotnikov qeyd edir ki, onun Rusiya ilə yaxşı münasibətləri dövlət katibi postunda ona problem də yarada bilər: “Bu imic ona həm yardım edə, həm də problem yarada bilər. Çünki onun Moskva ilə bağlı hər addımı ciddi nəzarət altında olacaq”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info