Azərbaycan Efiopiyada xeyriyyə tədbirində təmsil olunub
Tarix: 15.12.2016 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


Azərbaycanın Efiopiyadakı səfirliyi Əddis-Əbəbə şəhərində hər il ənənəvi olaraq keçirilən xeyriyyə bazarında iştirak edib.
Həcminə və ziyarətçi sayına görə dünyada təşkil olunan ən böyük xeyriyyə bazarlardan biri hesab edilən Əddis-Əbəbə xeyriyyə bazarı artıq 21 ildir təşkil olunur. On mindən artıq ziyarətçisi olan bu tədbirə bu il də 100-ə yaxın diplomatik nümayəndəlik və Afrikada fəaliyyət göstərən müxtəlif şirkətlər qatılıblar. Xeyriyyə bazarı BMT-nin Əddis-Əbəbədəki mənzil qərargahında keçirilib.
Böyük sayda ziyarətçinin diqqətini cəlb edən Azərbaycan stendinin tərtibatında ölkəmizin qədim tarixi abidələrini, müasir infrastrukturunu, turizm potensialını özündə əks etdirən fotoşəkillər, milli suvenirlər, xalçalar, mədəniyyətimiz və tolerantlığımız haqqında müxtəlif materiallardan istifadə olunub.
Xeyriyyə bazarda Azərbaycan şirkətlərinin istehsalı olan müxtəlif meyvə şirələri, şərablar, bitki yağları, qənnadı məhsulları, müxtəlif çeşidli mürəbbələr, çay növləri və Azərbaycan mətbəxinin ləziz təamları olan dolma, paxlava, Qarabağ kətəsi, Şamaxı mütəkkəsi xeyriyyə bazarı ziyarətçilərinin xüsusi marağına səbəb olub.
Azərbaycan stendi ziyarətçilərlə yanaşı, media nümayəndələrinin də diqqətini cəlb edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
“Hökumət dəyişikliyinə getməlidir”
26.05.2019
Baş nazir Şinzo Abenin iyunun ortalarında İrana səfəri gözlənilir
26.05.2019
İran ABŞ-ın qeyri-hökumət təşkilatları ilə danışıqlar aparır
26.05.2019
Bu gün 21 ölkədə Avropa Parlamentinə seçkilər keçirilir
26.05.2019
Fransada “sarı jiletlər“in aksiyasında 12,5 min insan iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info