“ADA” Universitetində seminar keçirilir
Tarix: 15.12.2016 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Dekabrın 15-də “ADA” Universitetində “Praktik məsləhətlər üçün regional sessiya” mövzusunda ikigünlük seminar öz işinə başlayıb.
Seminar Təhsil, İqtisadiyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi, “Rusiya Vençur Şirkəti” və “Global Venture Alliance” (GVA) fondunun təşəbbüsü ilə təşkil olunub.
“ADA” Universitetinin prorektoru Fariz İsmayılov bildirib ki, tədbirin keçirilməsinin əsas məqsədi innovativ ekosistemin qurulmasına və yüksək texnologiyalar sahəsində sahibkarlığın inkişafına töhfə verməkdir.
Təhsil nazirinin müavini Ceyhun Bayramov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov vurğulayıblar ki, seminarda iştirak edən ali təhsil müəssisələrinin müəllim və yuxarı kurs tələbələri innovativ sahibkarlıq fəaliyyəti üzrə lazımi bilik və bacarıqlar əldə edəcəklər. Həmçinin keçiriləcək intensiv təlimlər zamanı startap sahibkarlara biznes ideyalarının kommersiyalaşdırılması, potensial investorlara isə sərmayələri üçün perspektivli sahələri təyin etmələri məqsədilə təkliflər veriləcək.
Qeyd olunub ki, 2008-ci ildən Rusiya Federasiyasında keçirilən bu seminarlarda innovativ sahibkarlıq fəaliyyəti üçün əhəmiyyət daşıyan bilik və praktik bacarıqlar əldə olunub. Bu günədək keçirilmiş eyniadlı 160 tədbirdə 11 min nəfər iştirak edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar
19.11.2018
Noyabrın 22-i Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyidir
19.11.2018
Sərhədçilər Vətənə sədaqət andı içiblər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info