Ermənistan borc içində boğulur
Tarix: 04.04.2013 | Saat: 22:21:00 | E-mail | Çapa göndər


Serj Sarkisyan başda olmaqla Ermənistan hakimiyyətinin apardığı uğursuz daxili və xarici siyasət ölkə əhalisinin vəziyyətini daha da pisləşdirir, dövlətin nüfuzunu isə get-gedə aşağı salır. Əlbəttə ki, belə bir vəziyyətin yaranmasınını əsas səbəblərindən biri də, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini və Türkiyəyə qarşı əsassız ərazi və soyqırım iddialarını davam etdirməsidir.
Aparılan ağılsız siyasət ölkədəki vəziyyəti daha da gərginləşdirib. Regionda həyata keçirilən transmilli layihələrdən təcrid olunan, xarici borclar içində üzən Ermənistan bütün göstəricilərinə görə Azərbaycandan dəfələrlə geri qalır. Eyni zamanda, bölgədə qüvvələr nisbəti artıq bizim xeyrimizə dəyişib. Prezident İlham Əliyevin qaçqınlar və məcburi köçkünlərlə görüşündə məsələ ilə bağlı dediyi fikirlər də bunu bir daha sübut edir: “Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Ermənistan isə ildən-ilə tənəzzülə uğrayır. Azərbaycanın və Ermənistanın göstəricilərinə nəzər salın. Biz istənilən sahədə onlardan müqayisəedilməz dərəcədə üstünük, iqtisadi, siyasi, sosial məsələlərin həllində, bütün məsələlərdə, ordu quruculuğu işində. Bizim əhalimiz artır - artıq 9 milyon 300 min nəfərdir. Ermənistanın əhalisi hətta onların rəsmi statistik məlumatlarına görə ildə təxminən 100 minə qədər azalır. Əlbəttə, biz istəyirik ki, məsələ tezliklə öz həllini tapsın. Amma prinsiplər vardır. Bu məsələ beynəlxalq hüquq normaları əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və tapacaq. Tarixin inkişafını heç kim dayandıra bilməz. Tarixin inkişafı, bölgədə gedən proseslərin inkişafı onu göstərir ki, Azərbaycan ilə rəqabət aparmaq üçün Ermənistanda heç bir imkan yoxdur. Nə maliyyə, nə iqtisadi, nə hərbi, nə də insan resursları yoxdur...”. Ermənistan hakimiyyətinin apardığı siyasət ölkəni xarici borclardan, kreditlərdən asılı olan bir ölkəyə çevirib və borclarını vaxtında qaytara bilməməsi onun nüfuzunu heçə endirir. Ölkədəki gərgin vəziyyəti etiraf edənlərin sayı durmadan artır. “Tert.am” xəbər portalının verdiyi məlumata görə, Ermənistanın Milli Statistika Komitəsi acınacaqlı vəziyyəti etiraf edənlərin sırasına qoşulub. Belə ki, komitənin açıqlamasında Ermənistanın 2012-ci ilin dekabr ayı üçün xarici borclarının ümumi məbləğinin 17 mlrd. 629 milyon 420 min dollar təşkil etdiyi qeyd olunub ki, bu da 2012-ci ilin sentyabr ayının axırlarına olan dövlət borcunun 95,50 milyon dollar artdığını göstərir. Rəsmi mənbə xarici borcların artma səbəblərinin təfərrüatlarını da açıqlayıb. Belə ki, xarici borcların 41,39 %-i hökumətə, 11,48%-i özəl sektora, 9,58%-i maliyyə-kredit sisteminin tənzimlənməsi ilə məşğul olan orqanlara, 25,21%-i ticarət banklarına, 12,34%-i isə müxtəlif sektorlara aid borclardır. Qeyd edək ki, açıqlama ölkədə narazılığa səbəb olub. Ermənistanın “Joxovurd” qəzeti isə məsələyə münasibətdə xarici borclarının əsasən bank sektorunda artdığını, bunun bankir psixologiyasına sahib olan baş nazir Tiqran Sarkisyanın “xidmət” ləri olduğunu yazıb.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info