3 560 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib
Tarix: 15.12.2016 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


İşçi qüvvəsinin daim inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılması dövlət məşğulluq siyasətinin əsas istiqamətlərindən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, cari ilin yanvar-noyabr aylarında əlavə olaraq 3560 nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, həmin vətəndaşlara dərzi, elektrik montyoru, kompyuter istifadəçisi, mebel quraşdırıcısı, əməliyyatçı mühasib, xalçaçılıq, avtomobil təmiri üzrə çilingər, elektrik qaynaqçısı, qənnadıçı, bərbər və s. peşələr öyrədilib. Kursları uğurla başa çatdıran şəxslərə peşə sertifikatları verilib. Onların yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin edilməsi üçün nazirliyin aidiyyəti rayon (şəhər) Məşğulluq mərkəzləri tərəfindən müvafiq işlər aparılıb.
Qeyd edilən şəxslərdən 3 240 nəfəri (o cümlədən 130 nəfər əlilliyi olan şəxs) üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. 320 nəfər isə nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində seçdikləri peşələr üzrə kurslara qəbul olunublar. Həmin gənclər mərkəzdə peşə bacarıqlarına yiyələndikləri müddətdə onların burada dövlət hesabına tibbi xidmətlərlə, yataqxana və yeməklə təminatı həyata keçirilib. Onlar cəmiyyətə fəal inteqrasiya imkanlarına malik olmaları üçün sosial reabilitasiya yönümlü tədbirlərə də cəlb ediliblər.
Əmək bazarının tələbləri əsasında gənclərin düzgün peşə və ixtisaslara istiqamətləndirilməsi üçün yanvar-noyabr aylarında valideynlərin də iştirakı ilə keçirilən peşəyönümü tədbirlərində əlavə olaraq 102 337 nəfər gəncə peşəyönümü məsləhətləri verilib. Onların böyük əksəriyyətini orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri təşkil edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info