“ Azərbaycan Ukrayna və Gürcüstanın işğal olunmuş ərazilərinə səfərləri tanımır”
Tarix: 15.12.2016 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


“Azərbaycan Ukrayna və Gürcüstanın işğal olunmuş ərazilərinə edilən səfərləri birmənalı olaraq tanımır”. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Milli Məclisdə GUAM Parlament Assambleyasının Bakıda keçirilən 9-cu sessiyasında bildirilib. Nazir xatırladıb ki, GUAM-a üzv olan dövlətlərin ərazi bütövlüyünün pozulması ilə bağlı Azərbaycanın müvafiq bəyanatları mövcuddur: “Biz beynəlxalq hüququn tələblərinə uyğun olaraq ərazi bütövlüyü çərçivəsində ölkələrin sərhədlərini tanıyırıq. Bu istiqamətdə səylərimizi davam etdirəcəyik. Azərbaycan bu mövqeyi həm Gürcüstan, həm də Ukrayna ilə bağlı bəyan edib. Biz Azərbaycandan Ukrayna və Gürcüstanın işğal olunan ərazilərinə edilən heç bir səfəri tanımırıq. Hesab edirəm ki, bu prinsipə qarşılıqlı olaraq GUAM-ın üzvü olan 4 dövlət hər zaman əməl etməlidir. Biz bu məsələləri beynəlxalq tədbirlərdə də qaldıracağıq. Bu real siyasətdir”.
Nazir deyib ki, beynəlxalq təşkilatın GUAM kimi regional qurumla əməkdaşlıq etməsi çox vacibdir: “Təbii ki, bu sevindirici haldır. Biz bu məsələləri müzakirə edəcəyik və daha sonra Katiblik müvafiq “yol xəritəsi” hazırlayacaq. BMT-nin qaçqınlar üzrə Ali Komissarlığı və digər qurumları ilə əməkdaşlıq həyata keçirilir. Biz Hamburqda da məsələ qaldırdıq ki, tək miqrantlar məsələsi yox, məcburi köçkün və qaçqın məsələsi də bəyanatlara salınsın”.
E. Məmmədyarov qeyd edib ki, GUAM ölkələri arasında enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizi və multikulturalizm məsələləri böyük əhəmiyyət kəsb edir: “Eyni zamanda iqtisadi və regional təhlükəsizlik məsələlərinə də xüsusi əhəmiyyət verməliyik. Bilirsiniz ki, BMT Baş Assambleyasının münaqişələrlə bağlı xüsusi bəndi mövcuddur. Ona görə də biz hər zaman BMT-də üzləşdiyimiz münaqişələrlə bağlı həmin bəndə istinad edib məsələ qaldırırıq. Çünki GUAM-a üzv olan ölkələrin hər birində ərazi bütövlüyünü təhdid edən münaqişələr mövcuddur. Biz sərhədlərin və ərazi bütövlüyünün pozulması, qaçqın problemləri ilə üzləşirik. Bununla bağlı birgə bəyanat vermişik. Bu gün ev sahibliyi etdiyimiz sessiyada da məcburi köçkünlərlə bağlı xüsusi bəyanat verəcəyik. Hesab edirəm ki, bu kimi məsələlərlə bağlı GUAM-a üzv dövlətlərin birgə addımları çox önəmlidir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info