«Artıq Macarıstanda demokratiya yoxdur»
Tarix: 04.04.2013 | Saat: 22:28:00 | E-mail | Çapa göndər


Bencamin Abtan: «21-ci əsrdə demokratiya Avropanın mərkəzində millətçi, rasist və antisemit populizmin qarşısında dağılır»

«İndi fakt budur ki, artıq Macarıstan demokratik dövlət deyil. Prezident Yanoş Ader Konstitusiya islahatlarını özündə ehtiva edən bir sıra qanunları imzalayıb. Bu qanunlar müxalifətdən nə qalmışdısa, hamısını məhv edir».
Bu sətirlər Britaniyanın «New Statesman» nəşrində yer alan məqalədə qeyd edilib. Müəllif Bencamin Abtan yazır ki, artıq Macarıstanda Konstitusiya Məhkəməsi hansısa qanunun məzmunu ilə bağlı söz demək və hüquqi presedentdən istifadə etmək hüquqquna malik deyil. Bu isə qanunverici və icraedici hakimiyyət üzərində hansısa nəzarət imkanının itirilməsi deməkdir. 2010-cu ildə keçirilən seçkidə qələbə qazanan «Fideş» partiyasının hakimiyyətə gəlməsindən sonra hamının gözləri qarşısında diqqətli şəkildə demokratik dəyərlər məhv edilir. Təzyiqlər son dərəcə aşkar və davamlıdır: azad mətbuatın əhəmiyyətli dərəcədə məhdudlaşdırılması, Mərkəzi Bankın siyasi idarəetməsi, Konstitusiyadan ölkənin siyasi quruluşunu müəyyənləşdirmək üçün «Respublika» anlayışının çıxarılması, homoseksualizmin pislənilməsi, evsizlərin kriminallaşması, qadınların hüquqlarının məhdudlaşdırılması, irqi ayrı-seçkiliyə görə cəza alanların azad edilməsi, aqressiv antisemitizmin gücləndirilməsi və s. Bir neçə gün əvvəl baş nazir Viktor Urban 3 ultrasağ şəxsi mükafatlandırıb. Jurnalist Ferenç Sanislo yəhudilər və qaraçıların ən kəskin tənqidçilərindən biridir. O, qaraçıları meymunlarla müqayisə etmişdi. Antisemit arxeoloq Kornel Bokaya yəhudiləri orta əsrlərdə işçi ticarətində ittiham edir. Üçüncü mükafatçı olan rok-musiqiçi Petras Yanoş fəxrlə özünün radikal «Yobbik» partiyası əlaqəsindən danışır. Bu partiya İkinci Dünya müharibəsi vaxtı yəhudilərin və qaraçıların öldürülməsini təşkil etmiş «Çarpaz atəş» partiyasının davamçısı elan edilib. Belə siyasi deqradasiya bizə qorxulu siyasi tarixi dərs verir. 20-ci əsr ərzində demokratiya əsrin iki totalitar sistemi-kommunizm və nasizmdən əziyyət çəkib. 21-ci əsrdə demokratiya Avropanın mərkəzində millətçi, rasist və antisemit populizmin qarşısında dağılır. İqtisadi və maliyyə problemlərinə başı qarışan Avropa İttifaqı azadlıq, bərabərlik, sülh və ədalət kimi fundamental dəyərlərə etinasız yanaşır. Putin Rusiyası ilə müqayisədə Macarıstan dünya nəhəngi deyil. Məsələ ondadır ki, Macarıstan subsidiya və yardıma görə Avropadan güclü şəkildə asılı olan dövlətdir. Avropa İttifaqının isə Yunanıstana etdiyi yardım göstərdi ki, onun yardımları siyasi xarakter daşıyır. Əsas səbəb böyük təəssüflə qeyd etmək lazımdır ki, vətəndaşların və avropalı liderlərin demokratik dəyərlər qarşısında cavabdehlik daşımamasıdır. Görünür, bu səbəbdəndir ki, 2010-cu ildə seçilən Urban Avropa liderləri tərəfindən müntəzəm şəkildə dəstək alır. Avropa Komissiyası Avropa İttifaqının dəyərlərinin inkişafı üçün əlinin altında olan alətlərin heç birindən istifadə etmir. Avropa Komissiyası, Avropa Parlamenti və Avropa Şurası 1997-ci ildə imzalanan Amsterdam müqaviləsinə əsasən, demokratik rejimdən imtina edən iştirakçı-ölkəni «ümumi dəyərləri pozan ölkə kimi»cəzalandıra bilər. Avropa İttifaqı və avropalı vətəndaşlar demokratik dəyərlərdən imtina edən Macarıstanı cəzalandırmalı, demokratiya uğrunda mübarizə aparan macar demokratlarını müdafiə etməlidir. Əgər Avropa Birliyi vəziyyətin ağırlığını anlayıb, məsuliyyəti öz üzərinə götürməsə, onda biz Macarıstanda vəziyyətin daha da ağırlaşmasının şahidi olacağıq və bu proses digər dövlətlərdə də təkrarlanacaq. Situasiya belədir: ortaya Avropa layihəsinin özü, bizim hamımız üçün ümumi dəyər olan demokratiya qoyulub. Bir neçə onillik ərzində barbarlıq və demokratiya arasında seçim bu qədər aydın olmamışdı. Biz Avropa və demokratiyanı seçməyə borcluyuq»
Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info