İmişlidə “Gəncliyini qoru gələcəyin üçün!” adlı layihə həyata keçirilib
Tarix: 15.12.2016 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


İmişlidə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə “Gəncliyini qoru gələcəyin üçün!” adlı layihə həyata keçirilib.
Təşkilatdan Trend-ə verilən məlumata görə, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Gəncliyini qoru gələcəyin üçün!" adlı layihəyənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir Yeni Azərbaycan Partiyasının İmişli rayon təşkilatının qərargahında keçirilib.
İmişli rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Hüseyn İbrahimov vətəndaş cəmiyyəti institutlarının dövlət qurumları ilə əməkdaşlığını müsbət qiymətləndirib. H.İbrahimov deyib ki, gənclərin fərdi potensialının üzə çıxmasına xidmət edən layihələrin sayını artırmağa ehtiyac var.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov deyib ki, layihənin məqsədi gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə qarşı mübarizənin effektivliyinə töhfə verməkdir. Ç.Bayramov qeyd edib ki, gənclər sağlam həyat tərzi keçirməklə qarşılaşdıqları bütün maneələri dəf edə bilərlər: “Hökumətin dəstəyi ilə sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində gənclər arasında ciddi iş görülür. TUMİB də bu prosesdə iştirak edir, Azərbaycanın gələcəyi üçün sağlam nəsillərin yetişməsinə öz töhfəmizi veririk. Sağlamlığımızın qeydinə qalmaq fərdi məsələ olduğu üçün hər birimiz bu barədə ciddi düşünməliyik”.
Ç.Bayramov gəncləri sağlam həyat tərzi keçirməyə, spirtli içkilərdən və siqaretdən uzaq olmağa, davamlı mütaliə etməyə və öz üzərlərində işləməyə çağırıb.
Gənclərin cəmiyyətin avanqard hissəsi olduğuna diqqət çəkən layihənin eksperti Seymur Verdizadə bldirib ki, insan iradəsi bütün neqativ meyllərə qalib gəlməyə qadirdir. S.Verdizadə deyib ki, sağlam həyat tərzi keçirmək hər bir gəncin borcudur: “Gənclik tükənməz enerji mənbəyidir. Bu enerjini müsbət istiqamətə yönəltmək isə həm də cəmiyyətin vəzifəsidir. Orta və yaşlı nəsil keçirdiyi sağlam həyat tərzi ilə gənclərə nümunə olmalıdır. Gənclər bizim təkcə bu günümüz deyil, həm də gələcəyimizdir”.
TUMİB mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə gənclərin cəmiyyətin həyatında fəal rol oynadıqlarını bildirib. S.Novruzzadə deyib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti bu kateqoriyaya daxil olan insanların fərdi potensialının üzə çıxmasına xidmət edir. Natiq həmyaşıdlarını onlar üçün yaradılmış münbit şəraitdən maksimum faydalanmağa çağırıb.
TUMİB-in Hüquq Mərkəzinin əməkdaşı Orxan Vəliyev bildirib ki, kamil insan təkcə fiziki deyil, həm də mənəvi cəhətdən sağlam olmalıdır. O.Vəliyev tədbir iştirakçılarına mənfi emosiya ilə yüklənmiş insanlardan uzaq qalmağı tövsiyyə edib.
İmişli rayon Gənclər və İdman İdarəsinin rəis müavini Ramin Fərəcov, “Ziyalı Gənclər” Maarifçilər Klubunun sədri Ziya Rzayev və başqaları çıxış edərək, yeniyetmə və gənclər arasında aparılan maarifləndirmə işində cəmiyyətin bütün təbəqələrinin iştirakının vacib olduğunu vurğulayıblar.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info