BANM-də “Bərpaolunan enerji mənbələri: çağırışlar və perspektivlər” adlı konfrans keçirilib
Tarix: 15.12.2016 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) davamlı şəkildə təşkil olunan “Bərpaolunan enerji mənbələri: çağırışlar və perspektivlər” adlı elmi seminarının növbəti iclası keçirilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H. Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Rauf Qardaşov “Günəş radiasiya modeli və onun tətbiqi” adlı məruzə ilə çıxış edib. Sonra məruzədə əks olunan problemlər üzrə fikir mübadiləsi və müzakirələr keçirilib.
Seminarın iclasında BANM-ın Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov, Ömürboyu təhsil fakültəsinin dekanı Rəna Mustafayeva, Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov, Neft-qaz mühəndisliyi kafedrasının professorları Siyavuş Azakov, Arif Məmmədzadə və Fuad Vəliyev, BANM-in Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin müdiri Sənan Eminov iştirak ediblər. Tədbirdə o cümlədən, enerji təhlükəsizliyi, günəş və geotermal enerji istifadəsinin təsirliyi üzrə aparıcı mütəxəssislər, elmi işçilər, ekspertlər – SOCAR-ın nümayəndələri, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu" Məhdud Məsuliyyətli Cəmiyyəti ("AzETvəLAEİ" MMC), AMEA-nın Radiasiya Problemləri İnstitutu, AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutu, AMEA-nın Geologiya və geofizika İnstitutu, Azərbaycan Respublikası Alternativ və bərpaolunan enerji mənbələri üzrə agentlik, agentliyin “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyəti, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin nümayəndələri seminarın iştirakçıları olublar.
Daimi təşkil olunan “Bərpaolunan enerji mənbələri: çağırışlar və perspektivlər” seminarının əsas məqsədi – müasir biliklərin yayılması və bərpaolunan enerji mənbələri sahəsində çalışan mütəxəssislər arasında BANM-ın Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin sıx əməkdaşlığı ilə məlumat mübadiləsinin təmin edilməsidır.
Seminarın elmi rəhbəri BANM-in Neft-qaz mühəndisliyi kafedrasının professoru, fizika- riyaziyyat elmləri doktoru Siyavuş Azakovdur. İclasın proqramı seminarda iştirak edən mütəxəssislərin təklifləri və mövzuları əsasında qurulur. İclaslarda bərpaolunan enerji mənbələrin istifadəsinin nizamlanması ilə bağlı qanunvericilik, münasib texnologiyalar və bu sahədə dünya təcrübəsi, elmi vəsaitlərin hazırlanması, bərpaolunan enerji mənbələrin istifadəsi ilə bağlı proqram həllərin yaradılması məsələlərinə, həmçinin Azərbaycanda iqtisadi, ekoloji və sosial aspektlərinə baxılır. Müasir enerji qoruyan texnologiyaların tətbiqi ilə bağlı problemlərə böyük diqqət yetirilir.
Nigar





 
Bölməyə aid digər xəbərlər
18.03.2019
“Bakcell” gənc developerlər üçün məzun gecəsi keçirib
18.03.2019
“Ntv.com.tr”: “Azərbaycanda İlham Əliyevdən Novruz əfvi”
18.03.2019
“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
18.03.2019
Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir
18.03.2019
Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında Memorandum imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info