Bakı 2017 Könüllülük Proqramına qeydiyyat başa çatdı
Tarix: 15.12.2016 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Azərbaycanda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunları çərçivəsində fəaliyyət göstərən Bakı 2017 Könüllülük Proqramına qeydiyyat artıq başa çatıb.Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı 2017 Könüllülük Proqramına qeydiyyatın start verildiyi tarixdən iki aydan az bir müddətin keçməsinə baxmayaraq, 12 500 namizəd İslam Həmrəliyi Oyunlarında könüllü olaraq fəaliyyət göstərmək üçün bu proqrama müraciət edib. Könüllü olmaq üçün yeganə kriteriya namizədlərin yaşının 1 may 2017-ci il tarixinədək 16 olması idi.
Könüllü olmaq istəyən gənclərlə müsahibələr zamanı onlara verilən suallar əsasən keçmiş könüllülük təcrübələri, maraq dairələri, dil bilikləri, gələcəklə bağlı planları, Oyunlardan gözləntiləri, komandada işləmək bacarığı və digər istiqamətlərdə olub.
Müsabiqədən keçən könüllülər üçün təlimlər fevral ayından etibarən başlayacaq və aprelin sonu – mayın əvvəlinə kimi davam edəcək. Təlimlər əsasən 3 fərqli sahələrdə olacaq: Ümumi Təlim (Oyunlar və müştəri xidmətləri barədə məlumatlar), Rol təlimi (vəzifə barədə təlim) və Məkan təlimi (könüllünün fəaliyyət göstərəcəyi obyekt barədə təlim) olacaq. Hazırkı plana əsasən Rol təlimi və Məkan təlimi bir yerdə həyata keçiriləcək. Hər təlim üçün təxminən 1-2 saat vaxt sərf olunacaq.
Qeyd edək ki, hazırda qeydiyyatdan keçmiş namizədlər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fəaliyyət göstərən Könüllülər Mərkəzinə dəvət olunaraq müsahibələrdə iştirak edirlər. Müsahibə mərhələsinin sonunda yalnız 8000 könüllü mötəbər idman tədbirinin bir hissəsi olmaq fürsətini qazanaraq Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına cəlb ediləcək. Seçim mərhələsini uğurla keçmiş könüllülər bir sıra təlimlərdən faydalanaraq nəzəri biliklər qazanacaq və Oyunlar zamanı həmin bilikləri praktiki işdə tətbiq etmə imkanı əldə edərək uğurlu gələcək üçün dəyərli təcrübə sahibi olacaqlar.
Tural





 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info