Hüseyn Müftüoğlu: “Ələt Azad Ticarət Zonası Türkiyə iqtisadiyyatı üçün də faydalı olacaq”
Tarix: 15.12.2016 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Ələt qəsəbəsində salınacaq Azad Ticarət Zonası (ATZ) Azərbaycanla yanaşı Türkiyə iqtisadiyyatı üçün də çox faydalı olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hüseyn Müftüoğlu bildirib.
Onun sözlərinə görə, hazırda Türkiyə sözügedən layihədə yaxından iştirak edən ölkələrdəndir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yaxın illərdə Dubayda olduğu kimi regionun nəhəng azad ticarət zonasına çevriləcək.
H.Müftüoğlu qeyd edib ki, son illər Azərbaycanda müasir və qlobal infrastruktur layihələri həyata keçirilir: “Bu layihələrdən bəzilərində Türkiyə şirkətləri də yaxından iştirak edirlər. Yaxın vaxtlarda istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu xətti də Azərbaycan ilə Türkiyə qardaşlığının birgə işidir. Bu baxımdan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da Türkiyə ilə Azərbaycan arasında ticarət əlaqələrini daha da artıracaq. Digər tərəfdən isə bu beynəlxalq layihə Türkiyənin Mərkəzi Asiya və Rusiya bazarına çıxışı üçün sərfəli imkanlar yaradır. Təbii ki, Türkiyə bu cür layihələrə hər zaman dəstək verəcək”.
Həmçinin H.Müftüoğlu bildirib ki, Türkiyə Azərbaycanı Cənubi Qafqazın lider ölkəsi hesab edirik. Bu gün Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və nəhəng layihələr onu deməyə əsas verir ki, Azərbaycanın paytaxtı Bakı yaxın gələcəkdə dünyanın ən müasir şəhərləri ilə rəqabət aparacaq.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info