Gənclər Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunmuş tədbirlər Sabirabadda davam edib
Tarix: 15.12.2016 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunmuş tədbirlər davam edir.
AZƏRTAC xəbər verir ki, dekabrın 15-də Sabirabad rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon rəhbərliyi, Gənclər Fondunun rəsmiləri, həmçinin Salyan, Neftçala, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ağcabədi, Kürdəmir, Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının gənclər və idman idarələrinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tədbirdə çıxış edərək Gənclər Fondunun gənclərin sosial ictimai fəallığının gücləndirilməsində rolunu yüksək dəyərləndirib. Bildirilib ki, Azərbaycan gənci ictimai həyatın bütün sahələrində fəal iştirakı ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin, layihələrin həyata keçirilməsində mühüm rol oynayır.
Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxışında ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət gənclər siyasətindən danışıb. Qeyd olunub ki, Prezidentin 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə yaradılan Gənclər Fondu dövlətimizin başçısının gənclərə olan diqqət və qayğısının bariz nümunəsidir. F.Hacıyev Fondun bu günə qədər həyata keçirdiyi qrant müsabiqələrdə yaxından fəal iştirak etdikləri üçün gənclərə təşəkkürünü bildirib və layihələrin uğurlu icrasında region gənclərinin xidmətini xüsusi vurğulayıb.
Sonra Fondun strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva Fondun beş illik fəaliyyətinə həsr olunan təqdimatı nümayiş etdirib. Diqqətə çatdırılıb ki, fəaliyyətə başladığı gündən indiyədək Gənclər Fonduna 7098 layihə daxil olub, onlardan 3341-i dəstəklənib. Eyni zamanda, səfər qrantları ilə bağlı 384 müraciətin 167-nə müsbət cavab verilib. Ötən müddətdə Fond tərəfindən bugünkü görüşdə iştirak edən Sabirabad rayonu üzrə 52, Neftçala rayonu üzrə 14, Şirvan şəhəri üzrə 78, Hacıqabul rayonu üzrə 71, Saatlı rayonu üzrə 32, İmişli rayonu üzrə 18, Beyləqan rayonu üzrə 52, Ağcabədi rayonu üzrə 87, Kürdəmir rayonu üzrə 32, Füzuli rayonu üzrə 44, Xocavənd rayonu üzrə 19 və Cəbrayıl rayonu üzrə 4 layihə dəstəklənib.
Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev və Xocavənd rayon Gənclər və İdman İdarəsinin rəisi Aslan Quliyev təmsil etdikləri rayonlarda Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihələr haqqında məlumat veriblər.
Sonda Gənclər Fondunun elan etdiyi qrant müsabiqələrində layihə qalibi olmuş gənclər - Sabirabaddan Murad Həsənli, Hacıqabuldan Xalid Rəcəbli və Beyləqandan Mürsəl Behbudlu çıxış edərək onlara göstərilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər. Onlar gəncləri Fonda layihə göndərməyə çağırıblar.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info