“MDİ-nin rəhbəri yanlış mövqedədir”
Tarix: 04.04.2013 | Saat: 22:37:00 | E-mail | Çapa göndər


“Bu cür açıqlamalarla özləri özlərini ifşa edirlər”

ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycanda qeyri-qanuni fəaliyyəti və onun nümayəndəlik rəhbəri Aleks Qriqoryevsin bir milyon dollardan çox pulu bankdan çıxarıb heç bir hesabat vermədən paylaması, “NİDA” gənclər təşkilatı üzvlərini təxribata cəlb etmək üçün onları maliyyələşdirməsi barəsində ötən saylarımızda kifayət qədər yazılıb.

Bütün bunlar isə konkret rəylərə, etiraflara və faktlara əsaslanır. Amma buna baxmayaraq MDİ-nin prezidenti Kenneth Wollack bu məsələləri boyunlarından atmağa çalışır. O, bu məsələ ilə bağlı açıqlamasında “MDİ ilə bağlı Azərbaycan mediasında yazılanların həqiqətəu yğun olmadığını, yalan olduğunu” bildirib. O, öz fikirləri ilə MDİ-ni sanki mələk və xeyriyyəçi təşkilat kimi qələmə verməyə çalışıb. Təbii ki, onun bu iddialarının heç bir əsası yoxdur. Çünki MDİ-nin əsl fəaliyyət istiqaməti ilə bağlı faktları təkcə Azərbaycan demir. Bu barədə çoxlu faktlar digər ölkələrdə də təfərrüatı ilə məlumdur. Məsələn, əgər bu qurumun Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevs “mələk”dirsə, nəyə görə Moldovadan şuluq saldığına görə qovulurdu? Müxtəlif ölkələrdə, xüsusilə postsovet ölkələri olan Gürcüstan, Ukrayna, Moldovada MDİ-ni təxribatçı fəaliyyətinə və qarışıqlıq yaratmağa cəhdlər etdiyinə, buna görə həmin cəmiyyətlərdə şəbəkə yaratmağa çalışdığına görə yaxşı tanıyırlar. Bir sözlə, görünən dağa heç bir bələdçi lazım deyil. Azərbaycanda da QHT nümayəndələri və MDİ-ni yaxşı tanıyan ekspertlər bu barədə kifayət qədər rəylər bildiriblər və faktlar misal çəkiblər. Ona görə də MDİ prezidentinin fikirləri yanlış və əsassız olaraq dəyərləndirilir.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov bu məsələ ilə bağlı “Palitra”ya fikirlərini belə bildirdi: “MDİ-nin sədri bu məsələ ilə bağlı yanlış mövqedədir. Çünki MDİ-nin ölkələrdə sırf siyasi məqsədlərlə fəaliyyət göstərdiyi və xarici ölkələrin daxili işlərinə müdaxilə etdiyi ilə bağlı bir sıra sübutlar göstərmək olar. Məsələn, onlar ötən dövrlərdə Ukraynadakı siyasi hadisələrdə kifayət qədər yaxından iştirak ediblər. Hətta buna görə, MDİ “narıncı” inqilab yolu ilə hakimiyyətə gəlmiş Ukraynadakı şəxslərdən təşəkkür məktubu da alıb. Bundan başqa, Moldovada, Rusiyada və sair ölkələrdə bu quruma qarşı ittihamların hamısı faktlara əsaslanır. Əgər onların əsas fəaliyyəti hər bir cəmiyyət üçün arzuedilməz hadisələrə rəvac verməkdirsə, yaxud da bankdan pul çıxarıb mənbəyi bilinməyən istiqamətlərə qeyri-qanuni və gizli şəkildə paylamaqdırsa, burada hər hansı “sosial məsələlərə dəstək”dən, yaxud da şəffaf fəaliyyətdən söhbət gedə bilməz. Əsl sosial məsələlərlə onların fəaliyyəti və dəstəklədikləri layihələr arasında yerlə göy arasında olduğu qədər fərq var. Onların hansı fəaliyyətlə məşğul olduqları göz qabağındadır. Bu, kifayət qədər sübut olunub. Sübut olunub ki, onların fəaliyyəti ilə fəaliyyət göstərdikləri ölkələrin ümumi mənafeyi üst-üstə düşmür. Onlar gözdən pərdə asmaq üçün müxtəlif “kamuflaj” layihələrini önə çəkmək istəyirlər. Halbuki bu cür layihələr, demək olar ki, yox səviyyəsindədir və cüzidir. Onlar əsas diqqəti sırf ölkələri və cəmiyyətləri öz təsirləri altına salmağa yönəldirlər. Buna görə də bu baxımdan müxtəlif məsələlərdən istifadə edirlər. Burada yerli QHT-lərdən agentura şəbəkəsi formalaşdırmaqdan tutmuş, bir qrup gənci təxribatlara təhrik etməyə və onları ötəri maaşlarla şirnikləndirməyə qədər istisna etmək olmaz. Bu barədə də kifayət qədər faktlar ortaya çıxıb və bunu artıq onların fəaliyyət göstərdiyi ölkələrin cəmiyyətləri də bilirlər. Bu baxımdan MDİ rəhbərliyinin öz əsl fəaliyyətlərini gizlətməklə bağlı etdiyi cəhdlər və açıqlamalar tamamilə əsassızdır. Bu, nəinki əsassızdır, hətta deyərdim ki, gülüncdür. Onlar bu cür gülünc bəyanatlarla özləri ilə bağlı reallıqları örtməyə çalışırlar, amma alınmır. Çünki son dövrlərdə kifayət qədər ifşa olunublar. Bu baxımdan onların bütün bu barədə cəhdləri çox uğursuz alınır. Onların dedikləri isə ümumiyyətlə, söz yığınından ibarətdir. Artıq onları ölkələrdə yaxşı tanımağa başlayıblar”.
MDİ-nin bu qədər açıq-aşkar ifşa olunduğu halda, özünü müdafiə etməyə çalışması və “oğru elə bağırdı ki...” prinsipinə üstünlük verməsi də çox qəribədir. Ş.İsmayılov qeyd etdi ki, əslində bununla bağlı kifayət qədər Azərbaycan xalq məsəlləri var ki, MDİ-nin indiki açıqlamaları ilə bağlı işlətmək yerinə düşərdi: “Bu cür zərb-məsəlləri müəyyən məqamları nəzərə alaraq ifadə etmək istəməzdim. Amma hər halda MDİ rəhbərliyi bu cür açıqlamalarla qeyri-obyektiv olduğunu və qərəzkarlılığını açıq ifşa edir. Buna baxmayaraq, adamın üzünə dururlar. Bu cür açıqlamalar əslində həmin təşkilatların hansı səviyyədə olduğunu da açıb göstərir”.
Ş.İsmayılov bildirdi ki, əgər hər hansı xarici QHT gəlib bir ölkədə fəaliyyət göstərirsə, deməli, onun burada hər hansı maraqları var. Onlar əbəs yerə, xeyriyyəçilik üçün hansısa QHT-yə pul ayırmırlar. Bunun arxasında gizli siyasi məqsədlər durur. Onların maraqları olmasa, heç vaxt gəlib burada bu cür qarışıqlıq salmağa çalışmazlar”.
Ş.İsmayılov dedi ki, həmişə bu cür xarici QHT-lərin fəaliyyətinə qarşı olub: “Çünki bunların iç üzlərinə yaxından bələdəm. Bilirəm ki, hansı prinsiplərlə fəaliyyət göstərirlər, təşkilatları necə cəlb etməyə çalışırlar. Onların gənclərin beyinlərini necə yumağa çalışdıqlarını və sairin şahidi olmuşam. Ona görə də bu barədə bizləri və Azərbaycan cəmiyyətini, eləcə də dünyanı aldada bilməzlər”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info