Metronun “Nizami” stansiyasında ilk dəfə irihəcmli əsaslı təmir işləri aparılır
Tarix: 15.12.2016 | Saat: 21:32:00 | E-mail | Çapa göndər


Bakı metropoliteninin “Nizami” stansiyasında əsaslı təmir və yenidənqurma işlərinin növbəti mərhələsi davam edir.
Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, təsdiqlənmiş tədbirlər planına uyğun olaraq, stansiyanın hər iki qatar yolunun divarları tam təmir olunaraq istifadəyə verilib. Hazırda platforma səviyyəsində və platformaaltı hissədə təmir işləri aparılır:
"Nizami" stansiyasında ilk dəfədir ki, bu miqyasda əsaslı təmir işləri aparılır. Qeyd edək ki, stansiya mürəkkəb hidrogeoloji şəraitdə tikilib. 1976-cı ildə istifadəyə verilmiş dərinözüllü stansiya həmçinin aqressiv sularla əhatə olunub. Elə bu səbəbdəndir ki, axıntılar nəticəsində dəmir-beton konstruksiyalar korroziyaya məruz qalır. Korroziyaya məruz qalan ərazi, sadəcə, tunel deyil. Platforma divarlarında və platformaaltı sahələrdəki konstruksiyalarda da bu hal müşahidə edilir. Uzun müddətdir istifadədə olan platforma divarlarının mərmər örtüyü və stansiyanı bəzəyən Nizami Gəncəvinin əsərlərindən ibarət mozaik pannolarda da qopma təhlükəsi yaranıb. Bu, həm də sərnişinlər üçün təhlükə yaradırdı".
N.Paşayev bildirib ki, stansiyada aparılan təmir işlərinin əsas məqsədi məhz Nizami Gəncəvinin əsərlərindən ibarət mozaik pannoların elementlərində əmələ gələn qopmaların və platforma divarlarındakı mərmər üzlüklərin düşmə təhlükəsinin qarşısını almaq, korroziyaya məruz qalan konstruksiyaların dəyişdirilməsindən ibarətdir:
"Mozaik pannoları divarlara birləşdirən dəmir konstruksiyalar tam korroziyaya uğradığı üçün onların dəyişdirilməsi və möhkəmləndirilməsi prosesi davam edir. Təbii ki, dünyanın ən gözəl, memarlıq baxımından göz oxşayan stansiyaları arasına düşən “Nizami” stansiyasındakı mozaik pannoların əvvəlki görkəminə qaytarılması, bərpası əsas məqsədlərdəndir. Bu pannolar, ilk olaraq, bütöv halda divardan ayrılır, daha sonra arxasındakı dəmir konstruksuyalar dəyişdirilir, xüsusilə pannonun arxa hissəsində korroziyaya və nəmişliyə qarşı qoruyucu maddələrdən istifadə olunur. Mozaik panno yerinə bərkidildikdən sonra onun üzərində bərpa və möhkəmləndirmə işləri aparılır".
Stansiyadakı pannoların müəllifi boyakar, qrafik və teatr rəssamı, professor Mikayıl Abdullayevdir. Hazırda pannoların bərpası ilə məhz peşəkar rəssamlar - Mikayıl Abdullayevin tələbəsi olmuş Zöhrab Cabbarov, keramika üzrə mütəxəssis Elçin Cabbarov və mərmər üzrə mütəxəssis Nizami Vəliyev məşğul olurlar.
Bundan başqa, stansiyada havalandırmanı yaxşılaşdırmaq məqsədilə platformaaltı xidməti otaqların divarları sökülür. Stansiyanın baş tərəfində işçilər üçün daha yaxşı şəraitli xidməti otaqlar tikilir. Korroziyaya məruz qalmış bütün konstruksiyalar dəyişdiriləcək. Stansiyanın tavan hissəsi də sökülərək yenidən qurulacaq, divarlardakı mərmər örtük yenilənəcək.
Qeyd edək ki, işlər metropolitenin daxili imkanları hesabına QSC-yə daxil olan strukturlar tərəfindən aparılır.


Tural




 
Bölməyə aid digər xəbərlər
21.08.2019
Azərbaycan nefti bahalaşıb
20.08.2019
İcra və Kommunikasiya Planlarının icrasına başlanılıb
20.08.2019
Özəl şirkətlərə məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi artıb
20.08.2019
Yanvar-iyul aylarında 1304 minik avtomobili istehsal olunub
20.08.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi vətəndaşları Tovuz və Ağstafada qəbul edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info