Hələbin şərqindəki məhəllələrdən silahlılar və onların ailə üzvləri təxliyyə edilir
Tarix: 16.12.2016 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Suriya ordusunun və iranlı generalların rəhbərlik etdiyi şiə könüllü silahlılarının mühasirəsində olan Hələbin şərqindəki məhəllələrdən 5 min silahlı müxalif və onların ailə üzvləri təxliyə edilir.
Türkiyə mətbuatının məlumatına görə, Türkiyə və Rusiya arasında Hələbin şərqindəki müxaliflərin və ailələrinin Azad Suriya Ordusunun nəzarətində olan İdlib vilayətinə təxliyəsi ilə bağlı razılıq əldə edilib. Dünən səhər saatlarında müxaliflər və onların ailələrinin olduğu 20 avtobus Hələbdən İdlib istiqamətinə hərəkətə başlasa da, şiə qrupların atəşinə məruz qalıb. Nəticədə 4 nəfər ölüb, 40-ı ağır olmaqla, 500 nəfər yaralanıb. Avtobuslar Hələbdə müxaliflərin nəzarətində olan məhəllələrə qayıdıblar. “Əl-Cəzirə” telekanalının yaydığı məlumata görə, Rusiya Türkiyə ilə əldə etdiyi razılaşmanın İran və Suriya hökuməti tərəfindən pozulmasına, avtobusların atəşə tutulmasına sərt reaksiya verib. Rusiya rəhbərliyi Suriya və İrana nəzarətlərindəki qüvvələrin atəşkəsi bir daha pozacağı, müxalifləri və ailələrini təxliyə edən avtobus karvanının atəşə tutulacağı halda, Rusiya Hərbi Hava Qüvvələrinin zərbəsinə məruz qalacağını çatdırıb. Dekabrın 22-də Küveytdə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) xarici işlər nazirlərinin Suriyanın Hələb şəhərində yaranmış vəziyyətlə bağlı təcili görüşü keçiriləcək. Görüşdə Suriyada 6 il davam edən böhranla bağlı təşkilatın atacağı addımlar müzakirə ediləcək. “İƏT-in bu ilin aprel ayında İstanbulda baş tutan sammitinin yekun kommünikesinə əsasən görüş Dəməşqdəki rejim tərəfindən kütləvi qırğın və soyqırımının qarşısını almaq, Cenevrə bəyannaməsi əsasında Suriyadakı böhranın siyasi həllini tapmaq, BMT-nin himayəsi altında suriyalılar tərəfindən keçid hökumətinin formalaşdırılması prosesinin həyata keçirilməsi, insan haqları və qanunun aliliyi prinsiplərinə əsaslanan plüralist, demokratik vətəndaş cəmiyyətinin mövcud olduğu yeni dövlətin qurulması səyləri çərçivəsində keçiriləcək”, - deyə məlumatda bildirilir.




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Fransada “sarı jiletlilər” aksiyasının 15-ci mərhələsi baş tutub
23.02.2019
Hindistanda tikiş fabrikində partlayış nəticəsində azı 10 nəfər ölüb
23.02.2019
Venesuelada ordu ilə yerli xalq arasında toqquşma
23.02.2019
Çində ağır yol qəzasında 20 nəfər ölüb, 30 nəfər yaralanıb
23.02.2019
Nigeriyada prezident və parlament seçkiləri keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info