BSU Türkiyə universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Tarix: 16.12.2016 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


Türkiyənin Alaniya Alaaddin Keyqubat Universitetinin rektoru Əhməd Pinarbaşı Bakı Slavyan Universitetində olub.
 
BSU-nun mətbuat xidmətindən bildirilib ki, qonağı BSU-nun rektoru professor  Nurlana Əliyeva qəbul edib, ona universitetin fəaliyyəti, beynəlxalq əlaqələri, kadr hazırlığının istiqamətləri, türkiyəşünaslığın tədrisi və s. barədə ətraflı məlumat verib. Türkiyəli qonaq universitetin Ukrayna, Rusiya, Belorus Mədəniyyət Mərkəzlərində olub, tələbələrlə görüşüb.
 
Sonra universitetlər arasında ikitərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilə Alaniya Universitetinin Azərbaycanın ali təhsil müəssisəsi ilə imzaladığı ilk hüquqi sənəddir. Müqavilə universitetlər arasında tələbə və müəllim mübadiləsini, elmi tədqiqatlar və araşdırmalar sahəsində birgə fəaliyyəti nəzərdə tutur. Müqaviləyə əsasən, universitetlər birgə  beynəlxalq konfrans və simpoziumlar təşkil edə, elmi fəaliyyətin yekunu olaraq elmi toplu və məcmuələr nəşr edə biləcək.
Müqaviləni Bakı Slavyan Universiteti tərəfindən Nurlana Əliyeva, Alaniya Alaaddin Keyqubat Universiteti tərəfindən rektor Ahmet Pinarbaşı imzalayıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info