Beynəlxalq reytinq agentliyindən Azərbaycan iqtisadiyyatı ilə bağlı müsbət proqnoz
Tarix: 16.12.2016 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Azərbaycanın "Ba1" səviyyəsində olan suveren reytinqinə neqativ proqnozun verilməsi iqtisadi artım üçün bəzi risklərin olmasını özündə ehtiva edir. Bu barədə "Moody`s" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.
Agentlik bildirir ki, dövlət büdcəsinə kifayət qədər gəlir gətirən karbohidrogen ehtiyatlarının olması reytinqə müsbət təsir edir. Bundan başqa, ekspertlərin sözlərinə görə, dövlət borcu artsa da, aşağı həddə qorunub.

"Müsbət tərəflərdən biri də Azərbaycan Dövlət Neft Fondunun iri həcmdə ehtiyatlara sahib olmasıdır ki, bu vəsaitlər daxili və xarici şokların qarşısını almağa yardım edir", - deyə məlumatda bildirilir.
 
"Moody`s"in proqnozuna əsasən, cari ötən il 1,1% artan Azərbaycan iqtisadiyyatı cari ildə 3,3%-lik azalma ilə üzləşəcək. Buna səbəb ixracın və investisiyaların həcminin azalmasıdır. Bununla yanaşı, "Moody `s" gələn il Azərbaycan ümumdaxili məhsul istehsalının (ÜDM) 1,1% artacağını proqnozlaşdırır.
 
Agentliyin ekspertləri onu da qeyd edir ki, 2018-ci ildə ölkəmizin iqtisadiyyatı 1,9% genişlənəcək: "2018-ci ildə karbohidrogenlərin qiymətinin artması, kreditləşmənin artması və "Şahdəniz-2" layihəsində hasilatın artması dövlət büdcəsinə daxilolmaları artıracaq".
 
"2016-cı il üzrə dövlət büdcəsinin təhlili onu göstərir ki, Azərbaycan hökuməti fiskal konsolidasiyaya sadiqdir", - deyə agentliyin ekspertləri qeyd edib.


Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Polşaya ixrac missiyası təşkil ediləcək
21.01.2019
“AzerTelecom” “Azerbaijan Digital Hub” layihəsi çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlığa başlayıb
21.01.2019
2019-cu ildə taxıl əkininə hazırlıq vəziyyəti müzakirə olunub
21.01.2019
Qadın sahibkarlara verilən kreditlər hesabına 8500-dən çox iş yeri yaradılacaq
21.01.2019
Qadın sahibkarlar üçün stimullaşdırıcı mexanizmlər işlənəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info