“Ölkəmizdə fəaliyyət göstərən qurumlar arasında gənclər təşkilatları dinamikliyi və fəallıqları ilə seçilirlər”
Tarix: 16.12.2016 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Dekabrın 16-da Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının idarə heyətinin növbəti iclası işə başlayıb.
Tədbirdə dövlət və hökumət rəsmiləri, o cümlədən gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, həmin şöbənin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Milli Məclisin deputatları, 25-dən çox ölkədən gənclər təşkilatlarının nümayəndələri iştirak edirlər.
Tədbirdə əvvəlcə qurumun fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.
Milli Məclisin gənclər və idman komitəsinin və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov çıxış edərək təşkilatın əsas məqsədinin tarixi “İpək yolu” üzərində yerləşən ölkələr arasında mədəniyyətlərarası dialoqun yaradılmasına və inkişafına töhfə vermək üçün gənclər arasında tolerantlığı, qarşılıqlı anlaşmanı inkişaf etdirmək olduğunu diqqətə çatdırıb. Bildirib ki, hazırda ittifaqa 33 ölkəni təmsil edən təşkilatlar daxildir.
Gənclər və idman naziri Azad Rəhimov ölkədə mövcud olan gənclər siyasəti, bu sahədə həyata keçirilən Dövlət Proqramı barədə məlumat verib. Ölkəmizdə 300-dən artıq gənclər təşkilatının fəaliyyət göstərdiyini vurğulayan A.Rəhimov rəhbərlik etdiyi nazirliyin həmin qurumlara daim dəstək verdiyini bildirib. Nazir qeyd edib ki, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı fəaliyyət göstərdiyi dörd il ərzində maraqlı və vacib layihələr reallaşdırıb. Hazırda regionda və dünyada gərginliklərin, münaqişə və müharibələrin davam etdiyini diqqətə çatdıran A.Rəhimov bu baxımdan beynəlxalq gənclər təşkilatlarının, o cümlədən fəaliyyəti üç qitəni əhatə edən “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının rolunun vacibliyini xüsusi vurğulayıb.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov İttifaqın idarə heyətinin növbəti iclasının əlamətdar dövrə - Azərbaycanın müstəqilliyinin bərpasının 25 illik yubileyinin qeyd olunduğu vaxta təsadüf etməsindən məmnunluğunu bildirib. Nisbətən gənc ölkə olan Azərbaycanın 25 illik qısa müstəqillik tarixində mühüm uğurlar qazandığını söyləyən T.Süleymanov bu nailiyyətlər arasında ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmasının önəmini xüsusi qeyd edib.
Müstəqillik dövründə Azərbaycan gənclərinin mühüm uğurlar qazandıqlarını söyləyən Prezident Administrasiyasının rəsmisi bildirib ki, hazırda ölkəmizdə üç minə yaxın təşkilat fəaliyyət göstərir. Bu qurumlar arasında gənclər təşkilatları dinamikliyi və fəallıqları ilə seçilirlər. Bu isə Azərbaycan dövlətinin həmin sahəyə yüksək diqqət və qayğısından irəli gəlir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev ölkəmizdə gənclər təşkilatlarının uğurlu fəaliyyətindən danışıb. Bildirib ki, bu gün Azərbaycan dövləti nəinki gənclər təşkilatlarının, hətta fərdi şəxslərin də layihə və təşəbbüslərinin dəstəklənməsini maliyyələşdirilməsini diqqət mərkəzində saxlayır.
İttifaqın gördüyü işlər haqqında məlumat verən qurumun baş katibi Aytən Əliyeva bildirib ki, təşkilat 2012-2016-ci illərdə 25-dən çox yerli və beynəlxalq əhəmiyyətli tədbir keçirib. Bununla yanaşı, bir sıra nüfuzlu beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq əlaqələri qurulub.
Digər çıxışçılar isə tarixi “İpək Yolu”nun müasir dövrdə ölkələrin və xalqların iqtisadi, mədəni, siyasi inkişafında, diplomatik əlaqələrin qurulmasında mühüm rolu yüksək qiymətləndirilib.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 Fransız heykəltəraş Mauro Kordanın sərgisi
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info