Sərnişinlərin təhlükəsizliyi necə qorunur?
Tarix: 16.12.2016 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Dünyada baş verən terror hadisələri fonunda təhlükəsizlik məsələsi gündəmə gəlir. Məhz bu üzdən də az qala hər yerdə -tədbirlərdə, ictimai yerlərdə, ən nəhayət nəqliyyatda, təhlükəsizlik məsələsinə əsas önəm verilir. Biz nəqliyyatda təhlükəsizlik üzərində diqqətimizi cəmləyək. Elə götürək ölkə daxili və xaricinə işləyən nəqliyyatı. Hər gün onlarla insan bu nəqliyyat növündən yararlanır. Onların gətirdiyi əl yükü də ölkədaxili və xaricində müxtəlif yerlərə daşınır. Bəs bu yük çantalarında nə daşındığına necə nəzarət olunur? Sirr deyil ki, avtovağzallar insanların kütləvi toplaşdığı məkanlardan biridir. Xüsusi ilə bayram günləri və tətillərdə şəhər və rayonlara gedən insanların sayı daha çox olur. Bakı Beynəlxalq Avtovağzalından da hər gün onlarla avtobus müxtəlif yerlərə yola salınır. Azərbaycanda terror təhlükəsi olmasa da, bu cür ərazilər hər zaman qarışıqlıq baş verə biləcək yerlər kimi daim nəzarətdə saxlanılmalıdır. Təhlükəsizlik üzrə mütəxəssis Elmar Nurəliyevin sözlərinə görə, təhlükəsizlik və sərnişindaşıma qanunla tənzimlənir, eyni zamanda təhlükəsizlik xidməti də buna nəzarət edir: “Təhlükəsizlik məsələlərinə Bakı Beynəlxalq Avtovağzalının mühafizə xidməti nəzarət edir. 24 saat giriş-çıxış yoxlanılır, maşınlara baxılır və şübhəli şəxslər gördükdə saxlanılır”.
Digər məsələ isə sərnişinlərin özləri ilə gətirdiyi əl yükləridir. Mütəxəssis və Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev çantaların yoxlanılması, avtovağzal ərazisinə gələn sərnişinlərə necə nəzarət olunması məsələsinə aydınlıq gətirir. 
Qeyd edək ki, bayram günlərində, tətillərdə sərnişinlərin çoxluğunu nəzərə alaraq avtovağzal və nəqliyyat daşıyıcıları gücləndirilmiş iş rejiminə keçir. Bu zaman təhlükəsizliyin qorunması üçün də nəzarət gücləndirilir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir
20.11.2018
Azərbaycan nefti bahalaşıb
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info