“ASAN xidmət” Bolqarıstanda böyük maraq doğurub”
Tarix: 16.12.2016 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın vitse-prezidenti Marqarita Popovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin çox yüksək səviyyədə - dostluq və tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb.
 
Marqarita Popovanın Azərbaycana səfərlərinin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev onunla keçirdiyi son görüşü məmnunluqla xatırlayıb. Dövlət başçısı Bolqarıstanın vitse-prezidentinin Azərbaycana səfərinin uğurlu olacağına və ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
 
Ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən hüquq və mədəni sahələrdə əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu vurğulayan Bolqarıstanın vitse-prezidenti Azərbaycanda tətbiq edilən şəffaf idarəçiliyin, o cümlədən“ASAN xidmət”in Bolqarıstanda böyük maraq doğurduğunu deyib və bu sahədə əməkdaşlığa önəm verdiklərini qeyd edib.
 
Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlığın enerji, hüquq, mədəniyyət və digər sahələrdə genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yanvar-avqust aylarında sərnişin daşınmasında 1,3 faiz artım olub
24.09.2018
Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi artıb
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info