Erməni terrorunun dünyaya tanıdılmasında Türkiyə diplomatları ilə birgə səylər göstərilir
Tarix: 04.04.2013 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda “Soyqırımı və terror erməni ideologiyasının əsas amilləri kimi” mövzusunda beynəlxalq konfrans keçirilib. Nazirlik və komitə nümayəndələri, millət vəkilləri, diplomatik korpusun nümayəndələrinin qatıldığı konfransda çıxış edən institutun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva erməni terrorizminin tarixi və planları haqqında danışıb. Onun sözlərinə görə, erməni faşizminin gerçək simasını açmaq üçün İnsan Hüquqları İnstitutu indiyə qədər bir neçə faktoloji araşdırmalar aparıb dərc etdirib və müxtəlif erməni terror təşkilatlarının törətdiyi çoxsaylı terror cinayətlərini faktoloji materiallarla dünyaya çatdırıb: ”Əlimizdə faktlar çoxdur, biz bunu dünyaya tanıdaraq günahkarların cəzaya çatmasına nail olmalıyıq. Bizim tədqiqatlarımız bundan sonra da davam edəcək. Türk alimləri, diplomatları ilə biz bu istiqamətdə birgə səylər göstəririk”. Tarix elmləri doktoru, professor Anar İsgəndərov “Daşnaksütun Partiyasının proqramında türk-müsəlman məsələsi” mövzusunda çıxış edərək, ermənilərin öz ideyalarını reallaşdırmaq üçün törətdikləri vəhşiliklərdən bəhs edib. O bildirib ki, “Dənizdən-dənizə böyük Ermənistan” ideyasının həyata keçirilməsində ermənilər üçün əsas maneə türklər və azərbaycanlılar hesab edilib və buna görə də ermənilər xüsusi qəddarlıqla məqsədlərinə çatmağa çalışıb. Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı isə ermənilərin törətdiyi soyqırımının araşdırılması istiqamətində Türkiyə-Azərbaycan birliyinin zəruriliyini qeyd edib. Türkiyənin bir sıra universitet və mərkəzlərinin nümayəndələri də mövzu ilə bağlı məruzə ediblər.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Vilayət Eyvazov: Ölkə üzrə cinayətlərin sayı azalıb
16.09.2019
“Azərbaycanın Dostları“ adlı sosial şəbəkə istifadəyə verilib
16.09.2019
Gürcüstanın Qardabani rayonunda iki uşaq bağçası istifadəyə verilib
16.09.2019
Azərbaycanlı həkimlərin elmi məqaləsi ABŞ-ın nüfuzlu jurnalında dərc olunub
16.09.2019
Gömrük Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info