Salyanda 41 sahibkara 5,4 milyon manat güzəştli kredit verilib
Tarix: 16.12.2016 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


Dekabrın 16-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Salyan rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Salyanda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib, sahibkarların investisiya layihələri maliyyələşdirilib. 100-dən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, intensiv bağçılıq, taxılçılıq, kiçik cins heyvandarlıq və istixana təsərrüfatlarının yaradılması və soya əkini üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında qeyd edib ki, indiyədək Salyan rayonundan olan 380-dən çox sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 40,6 milyon manat güzəştli kredit verilib. Ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən 12800-dən çox sahibkara 503 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlər 39400-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. İşgüzar forum çərçivəsində Salyan və ətraf rayonlardan olan 41 sahibkara 5,4 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, istixana kompleksinin inşası, quşçuluq, tərəvəzçilik, əkinçilik, heyvandarlıq, plastik qapı-pəncərə istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 200-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq. Sonda sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb. Forumdan sonra Salyanın Yenikənd kəndində güzəştli kreditlər hesabına yaradılan müasir istixana kompleksinə baxış keçirilib. Qeyd edək ki, ümumilikdə, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ildə 88,5 min ton tərəvəz məhsulları istehsal etmək gücündə olan 60 müasir istixana kompleksinin yaradılmasına 170,6 milyon manat güzəştli kredit verilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində 15 ölkənin qastronomiyası təqdim olunub
22.05.2019
Prezident Administrasiyasının işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22.05.2019
Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektorunun inşasına başlanılıb
22.05.2019
Prezident Mərkəzi Parkın açılışında iştirak edib
22.05.2019
Ərdoğan: “Azərbaycanın qazandığı böyük uğurlar Türkiyə üçün də qürur mənbəyidir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info