“Azərbaycan Avropa Birliyi üçün çox önəmli tərəfdaşdır”
Tarix: 04.04.2013 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


“Azərbaycanlılar Avropaya getmək istədiyi kimi, avropalılar da Azərbaycana gəlmək və burada iş qurmaq istəyir”

“Cənubi Qafqazda səmərəli readmissiya idarəçiliyinin yaradılmasının dəstəklənməsi” layihəsinin təqdimatı keçirilib. Layihə Beynəlxalq Miqrasiya Təşkilatı, Dövlət Miqrasiya Xidməti və Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi tərəfindən Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Ümumi büdcəsi 1 milyon 492 min 457 avro olan 24 aylıq layihə üç Cənubi Qafqaz ölkəsində Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən həyata keçiriləcək.

Layihənin ümumi məqsədi Cənubi Qafqaz dövlətlərinin hər üçündə səmərəli readmissiya idarəçiliyi mexanizminin yaradılması və inkişafıdır. Layihə readmissiya sazişlərinin bağlanmasına kömək edilməsi və sonrakı icrası ilə bağlı hökumətlərə texniki yardım və geri qayıdanların yerli cəmiyyətə davamlı reinteqrasiyasının dəstəklənməsi məqsədini daşıyır. Azərbaycanda layihənin icrası zamanı Beynəlxalq Miqrasiya Təşkilatı bir sıra dövlət tərəfdaşları və vətəndaş cəmiyyəti tərəfdaşları ilə əməkdaşlıq edəcək. Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia təqdimatda bildirib ki, Avropa Birliyi və Azərbaycan readmissiya prosesi üzrə əməkdaşlıqda pik və dönüş səviyyəsinə çatıblar. Azərbaycanlılar Avropaya getmək istədiyi kimi, avropalılar da Azərbaycana gəlmək və burada iş qurmaq istəyir. O bildirib ki, readmissiya prosesi həm AB, həm də Azərbaycan üçün çox vacibdir: “Azərbaycan öz coğrafi mövqeyinə görə AB üçün çox önəmli tərəfdaşdır və biz Azərbaycanla miqrasiya sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyirik”. R.Kobia qeyd edib ki, Azərbaycanın hələlik hansısa ölkə ilə readmissiya sahəsində sazişi yoxdur: “Biz şadıq ki, Azərbaycan bu prosesə Avropa Birliyi ilə birlikdə başladı”.
CAVİDAN




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info