Tələbə rəssamların hesabat sərgisi
Tarix: 16.12.2016 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində Təsviri incəsənət kafedrasının müəllim və tələbələrinin əsərlərindən ibarət hesabat sərgi keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov sərginin açılışında çıxış edərək təsviri sənət əsərlərinin bədii-estetik, ideoloji baxımdan mühüm dəyər kəsb etdiyini vurğulayıb. Rektor hesabat sərgisini tələbələr üçün sənət sınağı kimi dəyərləndirib, onlara öz sənət əsərləri ilə müstəqil Azərbaycanı, milli-mənəvi dəyərlərimizi, Naxçıvanın qədim tarixi abidələrini, müasir inkişafını, əsrarəngiz təbiətini təbliğ etməyi tövsiyə edib. Təsviri incəsənət kafedrasının müdiri, Xalq rəssamı, dosent Hüseynqulu Əliyev açaraq kafedranın illik fəaliyyəti, qazanılan sənət uğurları, istedadlı tələbə-rəssamların müxtəlif sərgilərdə uğurla iştirak etmələri barədə məlumat verib. Kafedra müdiri yola salmaqda olduğumuz 2016-cı ildə universitetdə müxtəlif əlamətdar günlərə və milli bayramlara həsr olunmuş, habelə fərdi rəsm sərgilərinin keçirildiyini xatırladıb, muxtar respublikada yaradıcı gənclik üçün hərtərəfli şərait yaradılmasından danışıb. Sonra sərgiyə baxış olub. Sərgidə dekorativ tətbiqi sənət, rəngkarlıq, qrafika növünə aid əsərlər, mənzərə, plakat, natürmort janrlarında müxtəlif mövzularda əl işləri nümayiş olunub. Tələbələrdən Aynur İmanova, Maisə Şirinova, Gülnar Mahmudova, Nurlan Hüseynli, Gülçöhrə Bağırova və digərlərinin yağlı və sulu boya ilə çəkdikləri rəsm əsərləri, Aysel Süleymanova, Turanə Hüseynova, Nuray Cavadova, Vüsalə Musayevanın vitraj, mozaika növlərində işlədikləri əsərlər sərgi iştirakçılarında xüsusi maraq doğurub.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info