ADPU-da Ceyhun Hacıbəylinin yubileyi keçirilib
Tarix: 16.12.2016 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) dekabr ayının 16-da Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı-publisist, tədqiqatçı, tərcüməçi, naşir, görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunan tədbir keçirilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Prezident İlham Əliyev 2015-ci il noyabr ayının 19-da Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Rektor xalqımızın vətənpərvər oğlu Ceyhun Hacıbəylinin həyat və fəaliyyəti barədə məlumat verərək qeyd edib ki, görkəmli yazıçı, publisist, tədqiqatçı, tərcüməçi, ictimai-siyasi xadim, Azərbaycanın azadlığı uğrunda fəal mübarizə aparmış Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli 1891-ci il fevral ayının 3-də Şuşa şəhərində anadan olub. Tanınmış bir nəslin övladı olan C.Hacıbəyli xalqımızın dahi mütəfəkkir oğlu Üzeyir Hacıbəylinin qardaşıdır. Onun uşaqlığı doğma Şuşada keçib, ilk təhsilini oradakı ikillik rus-türk məktəbində alıb, sonra Bakıda orta məktəbi bitirib.
C.Hacıbəyli 1909-cu ildə ali təhsil almaq məqsədilə Sank-Peterburq Universitetinin Hüquq fakültəsinə qəbul olunub. Milyonçu Murtuza Muxtarovun ayırdığı vəsait hesabına sonra o, Paris şəhərinə gedib məşhur Sorbonna Universitetində təhsilini davam etdirib. Parisdə oxuduğu illərdə Bakıda çıxan "Kaspi", "Baku" qəzetlərində, eyni zamanda Parisdə nəşr olunan mətbuat orqanlarında bir-birindən maraqlı məqalələr dərc etdirib. O, öz yazıları vasitəsilə Avropa xalqlarını və rusdilli oxucuları Azərbaycan ədəbiyyatı, dili, mətbuatı və incəsənəti ilə tanış edib.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra “Azərbaycan" qəzetinin baş redaktoru vəzifəsində çalışan C.Hacıbəyli 1919-cu ilin yanvar ayında Versal Sülh Konfransına gedən nümayəndə heyətinin tərkibinə daxil olub və bir vaxtlar təhsil aldığı Parisə yola düşüb. Qeyd edək ki, Parisdə müxtəlif tədbirlərdə, konfransın işində yaxından iştirak edən nümayəndə heyətinin əsas vəzifəsi Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini böyük Avropa dövlətlərinə tanıtmaq idi. Təəssüf ki, o vaxt dövlətimiz naminə səmərəli işlər aparan nümayəndə heyətinin səyi yarımçıq qaldı. 1920-ci il aprel ayının 28-də Azərbaycan XI ordu tərəfindən işğal olundu. Xalqımızın başına gələn bu faciədən sonra nümayəndə heyətinin bütün üzvləri, o cümlədən də C.Hacıbəyli bir daha Vətənə qayıtmadı və ömrünün sonuna qədər qürbət ölkədə yaşadı, xalqımız, millətimiz naminə yorulmadan çalışdı.
C.Hacıbəyli mühacirətdə yaşadığı dövrdə müxtəlif tədqiqat əsərləri də nəşr etdirib. Onun 1930-cu ildə "Azərbaycan mətbuatı tarixi", 1933-cü ildə "Qarabağ dialekti və folkloru" kitabları fransız dilində işıq üzü görüb. Bu əsərin bir nüsxəsi Üzeyir Hacıbəylinin ev-muzeyində saxlanılır. C.Hacıbəylinin sonuncu tədqiqat əsəri isə "İslam əleyhinə propoqanda və onun Azərbaycandakı metodları" adlı kitabı olub. Əsər 1959-cu ildə Sovetlər Birliyini Öyrənmə İnstitutu tərəfindən nəşr edilib. Bundan başqa o, "Mənim xəyallarım" əsərini də yazıb. Ömrünün son illərində isə keçmiş SSRİ-ni öyrənən institutun müxbir üzvü kimi fəaliyyət göstərib.
C. Hacıbəyli 1962-ci il oktyabr ayının 22-də 71 yaşında vəfat edib. Qədirbilən xalqımız onun xatirəsini əziz tutur.
Tədbirdə C.Hacıbəylinin həyat və yaradıcılığı haqqında danışan Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Himalay Qasımov və digərləri onu əsl vətəndaş, milli ədəbi-ictimai fikir tariximizə böyük töhfələr verən, xalqımızın zəngin mədəni irsinin dünyaya tanıdılması üçün səmərəli fəaliyyət göstərən, daim Azərbaycan uğrunda mübarizə aparan, siyasi cəhətdən yetkin bir ziyalı kimi səciyyələndiriblər.
Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov isə çıxışında tələbələrin elmi biliklərinin artmasına, dünyagörüşlərinin genişlənməsinə müsbət təsir edən belə tədbirlərin müntəzəm keçirilməsinin vacibliyini vurğulayıb.
Rektor Cəfər Cəfərov tədbirə yekun vuraraq tələbə-gənclərə Ceyhun Hacıbəylinin həyat və fəaliyyətini dərindən öyrənməyi tövsiyə edib.

Nigar













 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info