“Müxalifət hakimiyyətə yox, xalqa müxalifdir”
Tarix: 04.04.2013 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


Bütün normal cəmiyyətlərdə müxalifət hakimiyyətə seçki yolu ilə gəlmək üçün mübarizə aparır. Lakin söhbət ümummilli məsələlərdən getdikdə həm müxalifət, həm də iqtidar vahid mövqedən çıxış edirlər. Azərbaycanda isə özünü müxalifət adlandıran kəsimin müxalifətçilik anlayışı tam fərqlidir. Bunu onların gündəlik fəaliyyətlərində görmək mümkündür. Belə ki, müxalif partiyalar hər zaman yalnız məhdud partiya maraqlarından çıxış edib və ümummilli məsələlərdə Azərbaycanın xaricdəki nüfuzuna zərbə vuracaq fəaliyyətlər göstəriblər. Gəlin xatırlayaq.
Azərbaycanda “Eurovision” mahnı müsabiqəsinə hazırlıq gedən müddətdə müxalifət partiyaları bütün dünyanın gözünün Azərbaycanda olduğunu bilə-bilə qanunsuz aksiyalar keçirməyə, bununla diqqəti özlərinə cəlb etməyə çalışdılar. Yaxud Xocalı soyqırımının ildönümü ərəfəsində Ağ Evin internet səhifəsinə Xocalı və Dağlıq Qarabağla bağlı petisiya yerləşdirilmişdi. Bütün ölkə bu petisiyaya səs verməyə səfərbər olduğu halda, müxalifət partiyaları həmin saytda “Azərbaycanda demokratiyanın olmaması ilə bağlı” petisiyaya ermənilərlə birgə səs verirdilər. Yaxud müxalif başçılar xarici ölkələrdəki görüşlərdə bir dəfə də olsun, Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirməyib.
Bir sözlə, kifayət qədər bu cür faktlar var ki, bunlar müxalifətin əslində iqtidara yox, Azərbaycan cəmiyyətinə və milli, dövləti maraqlarına müxalif olduğunu təsdiqləyir.
Mövzu ilə bağlı YAP Gənclər Birliyi Şurasının üzvü Daşqın Qənbərov bizə belə bildirir: “Hazırda Azərbaycanda olan müxalifət adı altında fəaliyyət göstərən qrupları 2 yerə bölmək olar. Onlardan biri sözün həqiqi mənasında müxalifətdir ki, hansi ki onlar politologiya elmindən bizə tanış olan, beynəlxalq aləmdə qəbul olunmuş sivil qaydalar çərçivəsində öz mübarizələrini aparırlar və hakimiyyətə müxaliflik edirlər. İkinci qrupa isə o qrup daxildir ki, onlar hakimiyyətə qarşı deyil, xalqa qarşı, dövlətə qarşı, dövlətçiliyə qarşı müxalifətdədirlər. Müxalifət adını isə özləri özlərinə veriblər ki, təxribatçı əməllərinə don geyindirə bilsinlər. Hesab edirəm ki, ikinci qrupa aid etdiyim, radikal, təxribatçı əməllərlə həm ölkə daxilində qarışıqlıq salmaq, həm də beynəlxalq aləmdə qazandığımız uğurlara kölgə salmaq missiyasını öz üzərlərinə götürmüş, müxalifət adı ilə maskalanan bu qrupun heç bir pərdəarxası niyyəti yoxdur. Onların niyyətləri əməllərində açıq ifadə olunur - Vətənə xəyanət! Müstəqil Azərbaycan dövlətinin təməlinə zərbə vurmaq”. D.Qənbərov dedi ki, bu insanların hər biri xarici "investorları"na özlərini daha güclü, böyük sosial bazaya malik şəxs kimi sırımağa çalışırlar ki, xarici donorlardan daha çox maliyyə ala bilsinlər: “Odur ki, onların birləşmələri mümkünsüzdür. Onlar şəxsi maraqlarını həmişə önə çəkəcəklər”.
D.Qənbərov dedi ki, bu qocalmış, fəaliyyət qabiliyyətlərində problemlər olan müxalifət "diktatorları" yerlərini kiməsə güzəştə də getmək istəmirlər.

Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info