Tarix İnstitutunda dissertasiya işi müdafiə olunub
Tarix: 16.12.2016 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu nəzdindəki dissertasiya şurasının iclasında Prezidentin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncamına əsasən “XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycanın qərb bölgəsinin sosial-iqtisadi və mədəni həyatında köçkünlərin iştirakı tarixindən” mövzusunda dissertasiya işi müdafiə olunub. Dissertant Sevinc Hüseynovanın tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işində Azərbaycan torpaqlarında alman koloniyalarının yaradılmasından, ermənilər və rusların Azərbaycan torpaqlarına köçürülməsindən, köçkünlərin Şimali Azərbaycanın qərb regionlarında sosial-iqtisadi fəaliyyətindən və ictimai-siyasi və mədəni həyatından bəhs olunur. Xatırladaq ki, 1817-1818-ci illərdə Qafqazda təşkil olunan 8 alman koloniyasından 2-si (Yelenendorf və Annenfeld) Azərbaycanda salınıb. Dissertasiyada qeyd olunub ki, alman kapitalistləri tərəfindən tikdirilib istismara verilən və əsasən alman koloniyaçılarının işlədikləri Gədəbəy və Qalakənd zavodlarının məhsulları Rusiyanın daxili quberniyalarına, Cənubi Qafqazın digər yerlərinə, həmçinin xaricə - Almaniyaya da göndərilirdi: “Köçkünlər xüsusilə XIX əsrin ikinci yarısından etibarən Şimali Azərbaycanın qərb regionlarının sosial-iqtisadi həyatında mühüm rol oynamış, sənaye və kənd təsərrüfatının inkişafına öz töhfələrini vermişdilər”. S.Hüseynova öz dissertasiya işində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinə toxunaraq belə yazır: “Yerləşdirmədə üstünlük ermənilərə verilirdi. Bu da səbəbsiz deyildi. Dövlətləri olmadığından Şərqdə daim başqa hakimiyyət altında yaşayan, region xalqlarının psixologiyasını, dillərini yaxşı bilən, adət-ənənələrinə dərindən bələd olan, şəraitə daha tez uyğunlaşan itaətkar ermənilər bu iş üçün digərlərindən daha münasib idilər. Çarizmin regiona gəlməsi ilə o zamana qədər heç bir zaman olmayan «erməni məsələsi» də meydana çıxdı”. Bu dissertasiya işi XIX-XX əsrin əvvəllərində çarizmin Şimali Azərbaycanda yürütmüş olduğu köçürmə siyasətini, Azərbaycanın qərb regionlarında köçkünlərin ictimai-iqtisadi, sosial-mədəni fəaliyyətini özündə kompleks şəkildə əks etdirən ilk ümumiləşdirilmiş tədqiqatdır. Tədqiqatın mənbəşünaslıq bazasını ilk növbədə Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi (ARDTA), Gürcüstan Respublikasının Dövlət Tarix Arxivi (GRDTA) və Rusiya Federasiyasının Dövlət Tarix Arxivindən (RFDTA) aşkara çıxarılmış və bir hissəsi elmi dövriyyəyə ilk dəfə daxil edilən qiymətli sənədlər və materiallar təşkil edir. Dissertantın elmi rəhbəri Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur. Dissertasiya Şurasının iclasında çıxış edənlər dissertasiya işinin yüksək səviyyədə yazıldığını bildiriblər. Qeyd edək ki, Tarix İnstitutunun dissertantı Sevinc Hüseynova Milli Məclisin deputatıdır.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info